No Image
No Image
No Image

“Amerikalılar bizim bacarmadığımızı, yəni müttəfiqlər yetişdirməyi bacarırlar”

“Amerikalılar bizim bacarmadığımızı, yəni müttəfiqlər yetişdirməyi bacarırlar”

Moskva Karneqi Mərkəzinin direktoru Dmitri Trenin –Rusiya özünə hardda müttəfiqlər axtarmalıdır.


Belarusda baş verən hadisələr və Vladimir Putinlə Aleksandr Lukaşenko arasında Soçidəki son görüş mütəxəssisləri "Rusiyanın ümumiyyətlə müttəfiqlərə ehtiyacı varmı? Əgər varsa, həmin müttəfiqlər kim olmalıdır və "dostluq" üçün pul ödəmək lazımdırmı?” sualları üzərində düşünməyə vadar etdi.

 

Bu arada, VTİSOM-un keçirdiyi son sorğunun nəticələrinə görə, cəmiyyətin böyük bir hissəsi vəziyyəti tamamilə fərqli bucaq altsuper güc statusuında görür: rusiyalıların üçdə biri Rusiyanın özünə super güc dövləti statusunu qaytarmasının tərəfdarıdır. "Ogonyok” Moskva Karneqi Mərkəzinin direktoru Dmitri Trenindən "müttəfiq cəbhəsində" uzun müddətdir davam edən Rusiya problemlərinin səbəblərini izah etməsini xahiş edib.

 

- Dmitri Vitalyeviç, sizcəBelarusdakı hazırkı vəziyyətin Rusiya üçün nə kimi nəticələri ola bilər?


- Belarusdakı vəziyyət Rusiya xarici siyasətinin əsas problemidir. Rusiyanın məqsədi Belarusun siyasi böhrandan çıxmasına və ölkədə hakimiyyətin Konstitusiya yolu ilə dəyişməsinə kömək etməkdir. Bu isə vaxt tələb edən prosesdir. Sözügedən prosesin nə qədər çəkəcəyini demək çətindir, amma məntiq onu deyir ki, bu məsələ bir neçə aya həll oluna bilməz, əks halda hər şey Lukaşenkonun təxirə salınmış devrilməsi kimi qiymətləndiriləcək, Moskva isə bundan qaçınmaq istəyir. İki il Belarus cəmiyyəti üçün çox uzun gözləmə müddətidir.

 

Odur ki, təxminən bir il ərzində Belarusun yeni Konstitusiyası olacağını və həmin Konstitusiyaya uyğun seçkilər keçiriləcəyini düşünmək ağlabatan olardı. Amma belə bir ssenari yalnız Lukaşenkonun hakimiyyəti təhvil verməyə razı olduğu təqdirdə gerçəkləşəcək. Fikrimcə, o, vaxt uzadacaq və hakimiyyətdə qalmaq üçün üçün hər cür fürsətdən istifadə edəcək. Lukaşenko Kreml üçün çox böyük problemdir. Belarusla iqtisadi inteqrasiyanı və qarşılıqlı hərbi-siyasi əlaqəni möhkəmləndirmək üçün Moskvanın Minskdə düşüncəli və mehriban bir tərəfdaşa ehtiyacı var. Hələlik Rusiya Lukaşenko ilə dialoq aparmağa, eyni zamanda da onun əvəzini axtarmağa məcburdur. Bu isə kifayət qədər incə məsələdir.

 

Nə qədər ki, Lukaşenko ilə danışıqlar aparılır, düşünmək olar ki, Belarusun güc strukturları və müəssisə rəhbərləri ilə əlaqələr aktivləşib, bütünlükə Belarus cəmiyyəti ilə isə yalnız TV ekranlarından söhbət aparılır. Müxalifət və onun Koordinasiya Şurası Rusiyanın Minskdəki səfirliyi ilə əlaqə qurmağa çalışsa da, Lukaşenkonu qıcıqlandırmamaq üçün bu istəyindən imtina etməli oldu. Zənnimcə, bu yanlış qərar idi. Həmçinin Belarusun ən nüfuzluictimai və siyasi xadimləri ilə işgüzar əlaqələr qurmağa çalışan (red. bu səfirin missiyasıdır) Mixail Babiçin bir il əvvəl Belarusdakı səfir vəzifəsindən azad edilməsi də çox səhv bir addım idi.

 

Yenidən Lukaşenkonun istəyi ilə oturub-durmaq Rusiyanın uzunmüddətli maraqlarına zidd hərəkət etmək deməkdir. Lukaşenkonun hakimiyyətdə olması, Rusiya maraqlarının təmin edilməsinə zəmanət vermir. Bu yalnız Belarusdakı əhəmiyyətli siyasi qüvvələrin digər məsələlərdəki bütün fikir ayrılıqlarını kənara qoyaraq, Rusiya ilə səmimitərəfdaşlıq və qarşılıqlı fəaliyyətə maraqlı olacağı təqdirdə mümkündür. Qeyd etmək vacibdir ki, bu məqsədə çatmaq üçünRusiya da eyni ilə Belarusun suverenliyinə səmimi hörmətlə yanaşmalıdır. Yox əgər bu istiqamətdə aparılan işlər uğursuzluqla nəticələnsə, bu, Ukraynadakı böhranından daha təhlükəli bir böhrana səbəb olacaq.

 

- Hansı tərəfdən daha təhlükəli?


- Belarus, Ukraynadan fərqli olaraq, coğrafi baxımdan Avropanın əsas strateji oxunda - Berlin-Moskva yolunda yerləşir. Beləliklə, Belarus- mərkəzi zərbənin istiqaməti, Ukrayna isə,Baltikyanı ölkələr kimi, cinah istiqamətidir. Əlbəttə, budünyada baş verən proseslərəənənəvi baxışdır, 1941-ci ilin 22 iyunundan sonra dünya çox dəyişdi, amma Smolenski yeni bir Brestə çevirmək imkanı hətta nəzəri cəhətdən belə,Moskvada çoxları üçün tamamilə qəbuledilməz olardı. Hadisələrin belə bir dönüş qorxusu o dərəcədə cidddiləşə bilər ki,Belarusda sabitliyin pozulması və qərbyönümlü qüvvələrin hakimiyyətə gəlməsi şəraitində Rusiya qoşunlarını Belarusa göndərilməli olar. Bu da öz növbəsində, ölkə əhalisinin böyük bir hissəsinin ciddi narazılığına səbəb ola bilər. Bu Ukraynadakı vəziyyətindən qat-qat daha təhlükəli olardı. 2014-cü ildə Prezident Putin Ukrayna ərazisindəsilahlı qüvvələrdən istifadə etmək üçün rəsmi səlahiyyət aldıqda, yalnız Krımı deyil, Kiyevi, hətta bəlkə Lvovu da nəzarətə götürmək məsələsi nəzərdən keçirilirdi, amma sonucda əməliyyatın miqyasının məhdudlaşdırılmasına qərar verildi ... Belarusda buna bənzər vəziyyəti qismən həll etmək mümkün olmaz.

 

- Sizcə, Rusiyanın yaxın müttəfiqləri ilə münasibətlərdə məruz qaldığı siyasi, iqtisadi, strateji itkilərin səbəbləri nədir?


- Birincisi, Rusiyanın müttəfiqləri ilə əlaqəli və aydın bir strategiyası yoxdur. Hərçənd, belə bir strategiya heç bir istiqamətdə yoxdur. Vəıziyyəti yuxarılardakı şəxsi münasibətlər, praqmatik yanaşma (sağlam düşüncə) və xüsusi əməliyyatlar idarə edir.


İkincisi, Moskvada bir çoxları həm keçmişdə, həm də hansısa bir formada keçmiş SSRİ ölkələrinə vahid bir dövlətin hissələri kimi baxmağa alışıblar. Lap əvvəldən postsovet məkanında "qardaş xalqların” Rusiya ətrafında birləşdirilməsinə güclü meyl müşahidə olunurdu. Xüsusilə də bu çoxlarının vahid rus xalqının ayrılmaz hissəsi hesab etdiyi ukraynalılarla belaruslara aid edilirdi.

 

Bu ölkələrdə millətçilik yerli siyasətçilər tərəfindən xaricdən gətirilən qeyri-təbii nəsnə, müstəqillik isəantirus separatizminin bir forması kimi qəbul edilir. Sözügedən ölkələrdə dəyişən reallıqlar haqda anlayış yoxdur, bu ölkələrlə bağlı ciddi araşdırma da aparılmır. Belə bir təsəvvür var ki, SSRİ ilə bağlı xatirələr bu ölkələrlə müttəfiqlik münasibətləri qurmağa yetər.


Əslində, postsovet məkanının bütün dövlətləri üçün müstəqillik ilk növbədə Rusiyadan azad olmaqdır.

 

Taktiki maraqlardakı oxşarlığı şərtləndirən amil də məhz budur: xarici siyasətdəki çoxvektorluluq, yəni müxtəlif güc mərkəzləri arasında tarazlıq; daxili - titul millətin dil sahəsində imtiyazı, rus dilinddən istifadəninməhdudlaşdırılması.


Ən vacib məsələlərdə Rusiya ilə həmrəyliyin (Krım, ABŞ və AB ilə münasibətlər) olmamasına səbəb təkcə ABŞ-ın reaksiyası qarşısındakı qorxu deyil, həmçinin Moskvanın təsir dairəsindən xilas olmaqda əvvəlkitək Qərbin qarant kimi qəbul olunmasıdır. Eyni zamanda, Rusiya qonşularını "hədiyyələr"lə ələ almağa çalışır: keçmiş "qardaş" respublikalara endirimlər edilirddi, müavinətlər, geri qaytarılmayan kreditlər verilird, "nankor” qonşularsa bunu qiymətləndirmirdi. Əslində bu gün də eyni vəziyyət müşahidə olunmaqdadır. Bütün "qarddaş” ölkələr, o cümlədən də Rusiya elitasının böyük bir hissəsi əvvəlkitək Qərbə meyllənir.

 

- Çünki Qərbin daha çox pulu var?


- Əlbəttə. Bu, birinci səbəb budur. Qərb müştərilərinə kömək etmək üçün maliyyə və iqtisadi imkanlara malikdir və bu imkanlardan istifadə edir. Rusiya televiziyasında bu gün belarusların Ukrayna qonşularından daha zəngin yaşamaları çox vaxt Ukrayna ssenarisinə qarşı arqument kimi təqdim edilir və bu doğrudur. Həmçinin, o da doğrudur ki, ötən əsrin 90-cı illərində Polşanın iqtisadi vəziyyəti demək olar, qonşu sovet respublikaları ilə eyni idi. Amma o vaxtdan bəri bu ölkənin iqtisadiyyatı MDB ölkələri ilə müqayisədə daha sürətlə inkişaf edib. Bu fakt Polşanın qonşuluğunda yaşayan belaruslara daha güclü təsir göstərir.

 

İkinci səbəb sosial ədalətdir. Rusiya və Ukraynada sosial bərabərsizlik çox yüksək həddədir, Polşada isə nəzərə çarpacaq dərəcədə aşağıdır. Və nəhayət, Rusiya da daxil olmaqla, postsovet məkanı elitasının Qərbə daha çox yön almasının üçüncü səbəbi, Rusiya-ABŞ qarşıdurmasında güclü tərəfin önəmsənməsidir. Son 30 ildə Rusiya elm və texnika, mədəniyyət, səhiyyə, demoqrafiya və s. kimi əhəmiyyətli sahələrdə çox geriləyib. Bu vəziyyətdə olan ölkə isə heç kimə cəlbedici görünə bilməz!

 

-Bəlkə Rusiyanın Avropa Birliyinə ddaxil olmaq vaxtıdır?


- Moskva ötən əsrin 90-cı illərində buna cəhd etmişdi, mümkünsüz görünən bu istək əslinə axmaqlıq deyildi, çünki Avropa Birliyinə qəbul ediləcəyi təqdirdə, Rusiya Avropa Birliyinin ən iri ölkəsi olacaqdı və birlikdə söz sahibi olmaq hüququ qazanacaqdı. Təbii ki, Avropa Birliyində Rusiyanı belə yüksək nüfuz sahibi etmək Qərbin ağılsızlığı olardı.

 

- Sizcə, postsovet məkanında elita ilə iş uğursuz oldu?


- Zənnimcə, bu istiqamətdə ümumiyyətlə ciddi iş aparılmayıb. Əsasən əlaqələr birinci şəxs və onun ən yaxın çevrəsi səviyyəsində qurulurdu. Yerli rəis, bir qayda olaraq, Rusiya diplomatiyasının əlaqələr siyahısının genişləndirilməsini alqışlamır, rəqiblərini məhv edərək, ancaq onun özü ilə dialoq aparmağı tələb edir və: "Mənsiz nə edəcəksiniz?" – deyə, tərəfləri təhdid edir. Hər dəfə də təhdid öz nəticəsini verir. Amma hər dəfə çevriliş olanda hakimiyyətə ​​amerikalılar gəlmir ki. Bəzənçinlilər, avropalılar və yerli müxalifət də ölkə rəhbərliyinə gələ bilər.

 

"İşləmək istəyirsinizsə. gəlin işləyək” məşhur biznes prinsipini rəhbır tutsan, hər kəslə dil tapmaq olar, amma Rusiya maddi maraqları önə çəkmir, biz utancağıq.


Hakimiyyətdəki birinci şəxslərlə yanaşı, bütün nüfuzlu siyasi qüvvələr qarşısında öz maraqlarımızı cəsarətlə səsləndirməliyik. Əks təqdirdə sovetlərdən qalma mədəni və sosial irsi yaşatmağa davam etməklə kifayətlənməli olacağıq. Postsovet məkanında rus dilinə, rus məktəblərinə və rus dilində təhsilə dəstək ciddi maneələrə tuş gəlir. Rusiyanın özündə keçmiş sovet respublikalarının qonşu dövlətlər kimi öyrənilməsi çox zəif təşkil olunub, mədəni və elmi mübadilə kifayət qədər dəstəklənmir.

 

- Rusiya və onun müttəfiqlərinə qarşı neqativ münasibətdən necə qurtulmaq olar?


- Tarixi yenidən dəyərləndirib, yenidən yazmaq olar, amma ikitərəfli münasibətlərdə neqativdən qurtulmaq mümkün deyil. Bu zaman üzrxahlıq etmək də mənasızdır. Dünya dövlətləri qarşısında günahlarını etiraf edən Almaniya uzun müddətmüstəqilliyindən əl çəkməli oldu. Almanlar "Almaniyanın maraqları” ifaddəsini ilk dəfə ötən əsrin 90-cı illərinddə işlətməyə başladdılar, o zamanadək isə Qərbin planları ön planda idi. Ümumiyyətlə, dövlətin günahlarını etiraf etməsi onun əleyhinə işləyir. Dözlətlər yalnız zor gücünə günahlarını etiraf edir, bu bir növ mənəvi təslimdir.


Əlbəttə, özümüz üçün və öz evimizdə tarix boyu baş verənlərə, eləcə dəvə bu günkü olaylara mənəvi qiymət verməliyik. Amma bu daimi daxili təmizlənmə prosesidir. beynəlxalq münasibətlərdən isə tarixi neqativ heç vaxt tamamilə yox olmur. Götürək, Almaniyanı. Bu ölkə digər Avropa Birliyi ölkələrinə maddi yardım göstərir. Nə qəddər ki, həmin ölkələr yarddımdan razı qalır, problem olmur, amma onları nəsə qane etmətən kimi, ddərhal Hitler və faşizm yada düşür.

 

- Belə çıxır ki, postsovet məkanında Rusiyanın başçılığıilə yeni regional blok yaratmaq faydalı görünmür?


- Mən bu situasiyada Rusiyanın özü üçün xüsusi bir fayda görmürəm. Liderlik həmişə pul hesabına başa gəlir. Bəs nəyə görə ödənməlidir? Əslinə qalsa, Rusiyanın müttəfiqlərə elə də böyük ehtiyacı yoxdur. Onların heç biri Rusiyanı müdafiə etməyəcək, onun uğrunda ölməyəcək. Onların heç biri öz maraqlarını Moskva ilə həmrəylik naminə riskə atmayacaq. Rusiyaya Moskvaya gedən yolda zastavalar deyil, müəyyən şərtlər daxilində onunla əməkdaşlıq edəcək tərəfdaşlar lazımdır. Bir çox faktora görə, Belarus ilə daha yaxın münasibətlər zəruridir və mümkündür, qalanları ilə isə daha sərin münasibətlər saxlamaq olar. Misalçün, cənub-şərq istiqamətindən gələn terrorizm, dini ekstremizm, narkotik ticarəti təhlükəsini minimuma endirmək üçün tərəfdaşlara ehtiyac var. Bu tərəfdaşlar olmadan, məsələn, Əfqanıstandan qaynaqlanan problemlərin öhdəsindən gəlmək çətin olar.

 

- Axı KTMT var.


- KTMT heç də yerinə yetirilməsi məcburi olan qərarların verildiyi NATO deyil. NATO-dan fərqli olaraq, KTMT-nin daxilində aşağı təzyiq zonası mövcuddur. NATO ölkələri "Skripalların işi" ilə əlaqədar Rusiya diplomatlarını öz ölkələrindən qovur, bizim müttəfiqlərimiz arasında isə heç kim Krımı belə tanımır. Rusiyaya belə KTMT lazımdırmı? Dostluq şəninə söylənən sağlıqlar üçün deyil, konkret işlər üçün haqq ödənilməlidir.


- Nədən müttəfiqləri Rusiyayaya sadiq deyillər?


- Sadiqlik üçün haqq ödənilməlidir. SSRİ bir çox ölkələrə kifayət qədər böyük məbləğdə haqq öddəyirdi. Rusiyanın isə bu cür imkanları yoxdur. Büdcədəki pulu dostluq ritorikasına sərf etməyə dəyməz. Çünki məlum həqiqətdir ki, bu yolla əldə edilən sədaqət daimi olmur.Təbii ki, Rusiya bu məsələdə ABŞ-la rəqabət apara bilməz, çünki ABŞ Rusiyadan qat-qat varlıdır və digər varlı ölkələrə yardım edir.

 

Postsovet əkanında isə hər şey fərqlidir: Rusiya onsuz da kifayət qədər varlı deyil, üstəlik, ətrafında ondan daha yoxsul olan ölkələr var. Onlar Rusiyaya haqq ödəməyəcəklər, çünki buna imkanları yoxdur. Tarixi ziddiyyət: Rusiya fəth edib özünə tabe etdirməyə çalışdığı ölkələrdən daha yoxsuldur. Amerika qlobal hegemon dövlətdir. Maliyyə hökmranlığı ilə yanaşı, onun müttəfiqlər sistemi də Amerika imperiyasının əsas dayaqlarındandır. Amma ABŞ-ın müttəfiq dövlətlərin təhlükəsizliyini təmin etməklə əldə etdiyi liderliyə əsaslanan Amerika münasibətlər modeli nə Rusiyaya, nə də onun formal müttəfiqlərinə uyğun gəlmir.Nəzəri cəhətdən Rusiya postsovet məkanında təhlükəsizlik qarantı ola bilərdi, amma müttəfiqlərimiz bu halda belə öz siyasətlərindən əl çəkməyəcəklər, Rusiyanın siyasi maraqlarını dəstəkləməyəcəklər.

 

Onu da etiraf etməliyik ki, amerikalılar bizim bacarmadığımızı, yəni müttəfiqləryetişdirməyi bacarırlar.Rusiya və onun müttəfiqləri ilə bağlı situasiyada hər şey tamamilə fərqlidir: nə gerçək məqsəd ortaqlığı var, nə də müttəfiqlərin heç birini Rusiyanın maraqlarını öz maraqları kimi qəbul etməyə vadar etmək qabiliyyəti. Deməli, faktiki olaraq, onları müttəfiq də adlandırmaq olmaz.. Onlar daha çox tərəfdaşlardır və bu cür də qəbul edilməlidirlər. Amma bu o demək deyil ki, Rusya siyasi meydanda tamamilə gücsüzdür.

 

- Nəyi nəzərdə tutursunuz?

 

- Belarus üçün Rusiya böyük bazardır. Bir çox məsələlərdə onun ümumiyyətlə alternativi yoxdur. Belarusun müəssisələrində işçiləri tətil etməyə çağıran çağıranlar və ya Avropadan kömək vəd edənlər reallığı nəzərə almırlar. AB Belarusun Rusiyadan uzaqlaşmasına və yeni elitanın hakimiyyətə gəlməsinə kömək etməyə hazırdır, amma Belarus xalqının rifahını öz imkanları hesabına yüksəltməli olacaq və sonucda əksər belaruslar ukraynalılarla eyni vəziyyətə düşəcək. Digər tərəfdən, Rusiya, İttifaq dövləti çərçivəsində belaruslara həm bazar, həm də keyfiyyətli təhsil verə, onlarınbərabərhüquqlu vətəndaş olmaq perspektivini təmin edə bilər. Rusiya bəzi ölkələrə xarici təhdidlərdən müdafiə zəmanət verir (Ermənistan), bəzilərini isə ekstremistlərdən və terrorçulardan qoruyur (Qırğızıstan, Tacikistan). Amma Moskva nadir hallarda müttəfiqlərinə Rusiyadan konkret nə aldıqlarını açıq mətnlə söyləyir.

 

- Deməli, sanksiyalara məruz qalan və Qərb ölkələri ilə müqayisədə məhdud imkanklara sahib olan Rusiya heç kim üçün xüsusi maraqkəsb etmir? Estonların bu yaxınlarda dediyi kimi, Rusiya tezliklə "regional lider” mövqeyini itirəcək...


- Bəs bu və ya digər dövlət Rusiyanın özü üçün nə dərəcədə maraqlıdır? Məsələn, Qırğızıstanda Əfqanıstandan gələn təhlükəni nəzarətdə saxlamaq üçün bizəlazım olan baza var. Ermənistan isə Cənubi Qafqazdakı regional tarazlıq amilidir. Amma belə bir vəziyyətdə Rusiya Ermənistanla Azərbaycan arasındakı münaqişəyə hərbi müdaxilə etməlidirmi? Məncə, bu məsələdə Rusiya sülhpərvər, vasitəçi kimi çıxış edə bilər və etməlidir də. Amma müdafiəçi olmamalıdır. Fikrimcə, tərəfdaşın qarşılıqlı maraqlarını nəzərə almaqla öz maraqların çərçivəsində əməkdaşlıq etməlisən.

 

Tərəfdaş kolleksiyası toplamağa ehtiyac yoxdur. Rusiya isə, göründüyü kimi, bir vaxtlar bütöv olan dövlət orqanizmindən kəsilib götürülən bədən hissələrinin xəyali ağrısını yaşamaqdadır və bu hissələrin yenidən öz bədəninə tikilməsini arzulayır. Amma buna nə ehtiyac var? Nəyə görə Özbəkistanı, yaxud Türkmənistanı hansısa ittifaqa dəvət etməliyik? Postsovet məkanında başlıca siyasi səhv ondadır ki, hələ də insanları cəlb etmək əvəzinə, ərazi böyütməyə üstünlük verilir. Halbuki, Rusiyanın ixtisaslı işçi qüvvəsinə ehtiyacı var. Ukraynalıları, belarusları, moldovanları və s.xalqların nümayəndələriniişləmək və daimi yaşamaq üçün ölkəyə cəlb etmək, onlara sərfəli təkliflər etmək lazımdır ki, bura gəlib burada təhsil alsınlar, Rusiya vətəndaşlığı alıb yaşasınlar. Ölkənin güclənməsinə yalnız bu cür kömək etmək olar. Rusiya nə vaxta qədər və nə yolla tanınmamış respublikalara dəstək verməlidir? İnsanları Rusiya pasportu ilə deyil, tam hüquqlu Rusiya vətəndaşlığı ilə cəlb etmək lazımdır.

 

- Rusiyanın MDB xaricində tərəfdaş tapması mümkündürmü?


- Nə qədər paradoksal səslənsə də, keçmiş SSRİ-nin xaricində müttəfiqtapmaq daha asandır. Yerli quru qoşunları - Suriya Ərəb Ordusunun və Dəməşqin nəzarətində olan hərbiləşdirilmiş birləşmələrin, eləcə də İranın və Suriyadakı İran yönlü qüvvələrin dəstəyi olmadan Rusiyanın Aerokosmik Qüvvələri Suriyada keçirilən əməliyyatda uğur qazana bilməzdi. Düzdür, vəziyyət çox dəyişkəndir: Rusiyanın Astana prosesi üzrə bəzi tərəfdaşları - məsələn, Türkiyə - digər məsələlərdə (Liviya) Rusiyaya rəqibdir və müəyyən şərtlər daxilində düşmənə də çevrilə bilərlər. Həmçinin Rusiya Suriyada İranla da yalnız əməkdaşlıq etmir, həm də rəqabət aparır.


Yaxın Şərq yeganə nümunə deyil. Bir vaxtlar Sovet ordusu ilə vuruşan Əfqan mücahidləri 2000-ci illərin əvvəllərində Rusiyanın Əfqanıstanda müttəfiqləri oldu. Hazırda Rusiyada bəzi qüvvələr Əfqan Talibanını Əfqanıstana sızan İŞİD-ə qarşı mübarizədə potensial müttəfiq kimi nəzərdən keçirirlər (red. bu təşkilatlar Rusiya Federasiyasında qadağan olunub). Çin Rusiyanın müttəfiqi deyil: hər bir böyük dövlət müstəqil hərəkət etməyə alışıb. Amma Pekinlə münasibətlər strateji tərəfdaşlıqdan daha əhəmiyyətlidir. Sözügedən münasibətlər bu gün antanta kimi - yüksək səviyyəli qarşılıqlı anlaşma və bir çox vacib maraqların üst-üstə düşməsi kimi xarakterizə edilə bilər. Ümid edirəm ki, Belarus böhranı Rusiya xarici siyasət strateqlərini KTMT və AİB ölkələrinin problemləri ilə ciddi şəkildə maraqlanmağa vadar edəcək. Son illər müttəfiq dövlətlətin siyasətində ümumi və spesifik (regional, ölkə) hədəflərinin müəyyənləşdirilməsi və bu özül üzərində ümumi bir strategiyanın işlənib hazırlanması üçün siyasətin auditinə ehtiyac var.

 

Selcan

Sfera.az

 

 

 

 

.

 

 

 

OXŞAR XƏBƏRLƏR

Artilleriyaçılarımız düşmənə dəqiq zərbələr endirir - VİDEO

Artilleriyaçılarımız düşmənin atəş nöqtələrinə dəqiq zərbələr endirməyə davam edir.   Sfera.az Müdafiə Nazirliyinə istinadən həmin görüntüləri təqdi...

Ermənistanda tabut qıtlığı: Məhv edilən hərbçilər kütləvi şəkildə dəfn edilir - FOTOLAR + VİDEO

Ermənistan silahlı qüvvələri böyük itkilərini hər gün hissə-hissə açıqlayır. Sfera.az  xəbər verir ki, artıq düşmənin rəsmi açıqladığı rəqəmlərlə 834...

Naxçıvan istiqamətində uçan Ermənistan PUA-sı məhv edildi

Oktyabrın 22-də səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Sədərək və Şərur rayonları istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvə...

MN ələ keçirilən növbəti hərbi texnikaların görüntüsünü yayıb - VİDEO

Müdafiə Nazirliyi düşmənin ələ keçirilən növbəti hərbi texnikalarının videogörüntüsünü yayıb.    Sfera.az  həmin görüntüləri təqdim edir: ...

Azərbaycan “İti qovan” PUA-larının seriyalı istehsalına başladı - FOTOLAR

Möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə yaradılmış Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələri Azərbaycan ...

Hikmət Hacıyevdən 3 rayona atılan raketlər barədə AÇIQLAMA

"Ermənistan ərazisindən Azərbaycanın Qəbələ, Kürdəmir və Siyəzən şəhərlərinə operativ- taktiki raketlər atılıb”. Sfera.az  xəbər verir ki, bu barədə ...