AMEA qarışdı: Xalid Niyazovla Ramiz Mehdiyev kəllə-kəlləyə gəldi

AMEA qarışdı: Xalid Niyazovla Ramiz Mehdiyev kəllə-kəlləyə gəldi
"Həzərat, bu Ramiz Mehdiyev ki, var, deyəsən, akademik dühası o qədər qıcqırıb ki, elə bilir akademiya buna dədəsindən miras qalıb”.

Sfera.az xəbər verir ki, bu sözləri özünün facebook statusunda Hüquq və İnsan Haqları İnstitutunun sabiq şöbə müdiri, elmlər doktoru, Əməkdar jurnalist Xalid Niyazov bildirib.

O, daha sonra statusunda yazıb:

"Adam bu qoca yaşında, ömrünün üzü o yana vədəsində rəhmət qazanmaq əvəzinə, lənətə işləyir.

Xislətində, içində yaratmaq, qurmaq adına "damazlığa” bircə hüceyrənin belə olmadığı bu zat ötən günlərinin heyfini qab-qacaq dükanına girmiş nə bilim nə kimi qarşısına çıxan hər şeyi çığnayıb qırmaqla çıxmaqda qərarlıdır.

Akademiyanın prezidentindən çox özünü bazar müdürü, "girdovoy” kimi aparan "Enveroviç” insanların söz və fikir azadlığını boğmaqla, düz söz deyəni məhz özünəməxsus çirkin, nalayiq, "yaraşır” üsullarla cəzalandırmaqla məşğuldur.

Adam bəndənizə qızıb ki, bəs niyə haqqında bir-iki tərifli şərh yazmışam. O üzdən çağırıb əshabələrinə tapşırıb ki, bu akademiyada ya mən qalmalıyam, ya da Niyazov.

Siz bir təfəkkürə baxın, ağıla baxın, səviyyəyə tamaşa edin!

Adam bu feodal, hətta bir az da irəli gedək, Azıx təfəkkürü ilə 25 il Prezident Administrasiyasında necə oturubmuş?!

Ölkənin elm qərargahına hansı mənəvi haqq və elmi "kapasitə” ilə başçılıq edir?!

Başdan-ayağa, ruslar demişkən, "yeriyən lətifə” olduğunu nə tez unudub?!

Məgər ailəsinin qudurğan əməllərinə görə bütün ölkənin qınağına tuş gələn, eləmə tənbəllik, yerindən duranın "Nə yemisən? Turşulu aş!” "çilədiyi” bu deyildimi?

Adamı göndəriblər ki, get, indiyədək özünə işləmisən, indi də bari, elmin gününə ağla, yaddaqalan bir iş gör akademiya üçün, amma çifayda… Heç görmüsünüzmü ki, yabanı ot qızılgül bitirsin, mişardan çıxmış "beşlik” taxta bəhərə düşsün?!

Azərbaycan elmi bu gündədir, həzərat!

Ümid ya hörmətli Prezidentədir ki, çıxarıb atsın, ya da Allahadır ki, "mələk”lərinə tapşırsın”.

(konkret.az) 

OXŞAR XƏBƏRLƏR

Nazirdən Nəzrinlə Mərdana hədiyyə - FOTO

Gənclər və İdman Naziri Fərid Qayıbov ötən gün toyu olan müğənni Mərdan Kazımov və influenser Nəzrin Nəcəfovaya hədiyyə yollayıb.    Sfera.az xə...

Əhali ən çox gəliri hansı sahələrdən əldə edir? – ADLAR

Azərbaycanda ev təsərrüfatlarının tədqiqi göstərir ki, əhalinin adambaşına düşən aylıq gəlirləri 2023-cü ildə 15,6 manat artaraq 343 manatı ötüb. Gəlirlər şəhər...

Prezident: "COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq"

Biz öz sədrliyimizə (COP29-a - red.) nəinki özümüzü nümayiş etdirmək, həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq. Əslində, bu, vacibdir.   Sfera...

Şoyqudan Ukrayna ilə bağlı MÜHÜM AÇIQLAMA: "Müharibə başlayandan bəri..."

Ukraynanın savaşda itkiləri ilə bağlı məlumat açıqlanıb.   Sfera.az bildirir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu danışıb.   ...

May ayının şanslı və uğursuz GÜNLƏRİ - Astroloq AÇIQLADI

May ayının şanslı və uğursuz günləri açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə məşhur rus astroloqu Vasilisa Volodina danışıb.   Pro...

Hikmət Hacıyev: “Azərbaycan tərəfi İlham Əliyevin Rusiyaya səfərinin nəticələrini çox müsbət qiymətləndirir”

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyada işgüzar səfərdə olub.   Sfera.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Azərb...