“AMEA-nın heç bir faydası yoxdur, QHT kimi fəaliyyət göstərsin” – Natiq Cəfərli

“AMEA-nın heç bir faydası yoxdur, QHT kimi fəaliyyət göstərsin” – Natiq Cəfərli
"AMEA-nın dövlət qurumu kimi qalmasının heç bir faydası yoxdur, o qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərməlidir”.

Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasında hansı islahat və yeniliklərə ehtiyac olmasından danışarkən ReAL-ın icra katibi Natiq Cəfərli deyib:

"Dünyada belə təşkilatlar qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərir. Bu mənada Azərbaycanda Milli Elmlər Akademiyasının bir dövlət qurumu kimi qalmasının heç bir faydası və mənası yoxdur. Elm universitetlərə qaytarılmalıdır. Təhsillə elm bir-birilə uzlaşmalıdır. Ən vacibi təhsillə elm və istehsalatın, yəni iqtisadiyyatın bağı yaranmalıdır. Azərbaycanda isə bu da yoxdur”.
 
N,Cəfərli düşünür ki, əslində Elmlər Akademiyasının əsas fəaliyyəti müəyyən kəşf  və araşdırmalar nəticəsində əldə edilən yeni məhsul və texnologiyaların iqtisadiyyata tətbiqindən ibarət olmalı idi: "Lakin uzun illərdir, bunu görmədik.  Azərbaycanda bunun hansısa parlaq örnəkləri yoxdur. Odur ki, Elmlər Akademiyası qeyri-hökumət təşkilatı kimi alimlərin ümumi fəaliyyətini kordinasiya edən, konfrans və müzakirələr təşkil edən orqana çevrilməlidir.

Elm universitetlərə qaytarılsa, təhsillə elm arasında ciddi bağ yaranacaq.  Nəticədə universitetlərin elmi laboratoriyaları,  elmi şöbələri müəyyən ixtira və araşdırmalarını patentləşdirərək, iqtisadiyyata ciddi xeyir  verəcəklər. Bu fonda da onlar yeni istehsal və xidmət sahələrinin yaranmasına, burada yeni texnologiyaların tətbiqinə, aqrar sahə üçün yeni toxumların, gübrələrin yaradılmasına daha effektiv töhfə verə bilərlər”.

Rüfət SULTAN 
 

OXŞAR XƏBƏRLƏR

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...

FHN Lənkəranda qanunsuz tikililəri SÖKDÜ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb.   Bu barədə Sfera.az-a Fö...

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə...

Türkiyədə tarixi bina YANIR - FOTO

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.   Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsi...

Paşinyan: "İlk dəfə məsələ danışıqlar masası arxasında həll edildi"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...