AMEA-nın direktorundan sürücüsünün arvadına ev verilməsinə reaksiya: \"Burada qəbahətli nə var?!\"

AMEA-nın direktorundan sürücüsünün arvadına ev verilməsinə reaksiya: \
 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsinin müdiri Fətəli Abdullayev Yasamalda alimlər üçün tikilən binada sürücüsünün həyat yoldaşı Bayramova Ülviyyə Rafiq qızının adına mənzil alınması barədə məlumatlara münasibət bildirib.

F.Abdullayev "Report”a açıqlamasında deyib ki, yataqxanada yaşayan elm adamları üçün inşa olunan binada hər hansı mənzilin mənimsənilməsindən söhbət gedə bilməz.

"Bu kimi xəbərlər həqiqəti əks etdirmir. Mənzil vaxtı ilə alınıb. Məlumatda müqavilənin nömrəsi və vəsaitin məbləği yazılıb. Əgər mənzilin qiyməti ödənilibsə, burada qəbahətli nə var?! Belə olduğu halda hansı mənimsəmədən söhbət gedə bilər? Müqavilədə elə bir şərt var ki, Akademiyanın istənilən əməkdaşı həmin binadan güzəştli şərtlərlə mənzil ala bilər. Mənim sürücümün həyat yoldaşı da AMEA-nın işçisidir” - deyə AMEA-nın İşlər İdarəsinin müdiri əlavə edib.

O həmçinin vurğulayıb ki, məsələ ilə əlaqədar Akademiyanın rəsmi mövqeyi ictimaiyyətə açıqlanacaq.

Məsələ ilə bağlı AMEA-nın prezidenti Akif Əlizadə və Akademiyanın vitse-prezidenti İbrahim Quliyevdən münasibət öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, təhsil eksperti Etibar Əliyev AMEA rəhbərliyini alimlər üçün tikilən şəhərçikdəki mənzilləri mənimsəməkdə, alimliyə aidiyyatı olmayan şəxslərə satmaqda ititham edib. Onun sözlərinə görə, AMEA-nın prezidenti Əlizadə Akif Ağamehdi oğlunun adına (müqavilə:72;73) Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış evinin 4-cü girişnin 5-ci mərtəbəsində 241 saylı 4 otaqlı (178,3kv.m) və 242 saylı 2 otaqlı (63,4kv.m) mənzillər (ümumi dəyəri 181275 man) rəsmiləşdirilib.

AMEA prezidentinin oğlunun gəlini Əlizadə Tamilla Aşum qızının adına (müqavilə:74;75) Yasamal rayonu A.M. Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış evinin 4-cü girişinin 6-cı mərtəbəsində 247 saylı 4 otaqlı (178,3kv.m) və 248 saylı 2 otaqlı(63,4kv.m) mənzillər(ümumi dəyəri 181275 man) üzə çıxıb.

Bundan başqa AMEA-nın vitse-prezidenti Quliyev İbrahim Səid oğlunun adına (müqavilə: 76) həmin binada 4-cü girişin 7-ci mərtəbəsində 253 saylı 4 otaqlı (178,3kv.m) mənzil (dəyəri 133725 man), AMEA-nın İşlər İdarəsinin müdiri Fətəli Abdullayevin sürücüsünün həyat yoldaşı Bayramova Ülviyyə Rafiq qızının adına (müqavilə:77) 4-cü girişin 8-ci mərtəbəsində 259 saylı 4 otaqlı (178,3kv.m) mənzil (dəyəri 133725 man) rəsmiləşdirilib.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...