AMEA-dan qayda pozan “AA” seriyalı avtomobillə bağlı - AÇIQLAMA

AMEA-dan qayda pozan “AA” seriyalı avtomobillə bağlı - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, keçən həftə Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus zolaqlarının tələbini pozan sürücülərin görüntülərini yayıb. Bunlardan biri sosial şəbəkələrdə xüsusilə müzakirələrə səbəb olub. Söhbət 90-AA-013 dövlət nömrə nişanlı "Mercedes-Maybach” markalı lüks avtomobildən gedir.

Həmin avtomobilin sahibinin "Bakı Klinikası”nın rəhbəri Aytən Quliyeva olduğu deyilmişdi. Klinikanın əsl sahibinin isə AMEA-nın Prezidenti Ramiz Mehdiyev olduğu iddia olunmuşdu.

Sfera.az xəbər verir ki, AMEA iddialarla bağlı açıqlama yayıb.

"Son günlər bir sıra KİV-də Bakı şəhərində 90 AA 013 dövlət nömrə nişanlı avtomobilin yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, avtobusların hərəkət zolağına çıxdığına dair məlumat yayılıb. Təəssüf ki, bəzi jurnalist həmkarlarımız baş verən hadisəni dəqiqliklə araşdırmadan, sözügedən avtomobilin guya AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə məxsus olan "Bakı Klinika”sının sahibi Aytən Quliyevaya aid olduğu haqqında əsası olmayan məlumatlar yayaraq ictimaiyyət arasında çaşqınlıq yaradıblar.

İctimaiyyətin diqqətinə çatdırırıq ki, "Bakı Klinika”sının və həmin avtomobilin AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə heç bir aidiyyəti yoxdur. Jurnalist həmkarlarımızı bir daha etik normalara riayət etməyə, əsassız, yoxlanılmamış məlumatlar yaymamağa çağırırıq”, - AMEA-nın açıqlamasında qeyd olunur.

 



OXŞAR XƏBƏRLƏR

Astarada ilk “Kontakt” mağazasının açılışında böyük izdiham -  60%-DƏK ENDİRİMLƏR

“Kontakt” mağazalar şəbəkəsi qucaq dolu fürsətlər və ənənəvi açılış proqramı ilə Astaraya gəldi. Ölkənin bütün bölgələrinə sevinc gətirməyi hədəfləy...

“Altsheymer”ə çarə axtaran, qlobal problemləri həll etmək istəyən “Sabahın alimləri” – Onlar kimdir?

Ötən həftə keçirilən “Sabahın alimləri” XIII Respublika müsabiqəsində uğurla iştirak edərək beş qızıl, bir gümüş medala sahib olan “Dünya&rdqu...

Devid Kemeron Türkmənistanda SƏFƏRDƏDİR

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Aşqabadda səfərdədir.   Sfera.az xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat yayıb. ...

Dünya beyin mərkəzləri nümayəndələrinin Qarabağa səfəri BAŞLADI - FOTO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.   Sfera.az xəbər verir ki...

Bayden bu gün Ukraynaya yardım layihəsini İMZALAYACAQ - Paketə həm də nələr daxildir?

Aprelin 24-də ABŞ Prezidenti Co Bayden Kiyevə silah tədarükünü bərpa etmək üçün Konqresin təsdiq etdiyi Ukraynaya yardım qanun layihəsini imzalayacaq.  ...

Xalq artisti Tünzalə Ağayeva DƏYİŞDİ - FOTO 

Xalq artisti Tünzalə Ağayeva imicində dəyişiklik edib.   Sfera.az xəbər verir ki, pop star saçlarını uzadıb və rəngini narıncıya boyayıb. Onun yeni ...