Altıncı mərtəbədən yıxılan qadın sağ qaldı – Bakıda möcüzə

Altıncı mərtəbədən yıxılan qadın sağ qaldı – Bakıda möcüzə
Gecə saatlarında Bakının Xətai rayonu ərazisində bədbəxt hadisə baş verib.
 
1991-ci il təvəllüdlü Əliyeva Tamara Vaqif qızı Ayaz İsmayılov küçəsi, 67 a ünvanında yerləşən hündür binanın 6-cı mərtəbəsinin eyvanından yerə yıxılıb.
 
Ağır xəsarət alan qadın əraziyə gəlmiş "təcili yardım” maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.
 
Yaralıya müştərək travma və baldır sümüklərinin sınığı diaqnozu qoyulub. O, Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.
 
Report
 

OXŞAR XƏBƏRLƏR