“Altın kelebek”də ulduzlarımızın səsverməsi başladı - FOTO/VİDEO

“Altın kelebek”də ulduzlarımızın səsverməsi başladı - FOTO/VİDEO

Türkiyənin "Oskar”ı sayılan sayca 46-cı "Altın Kelebek” mükafatlarının azərbaycanlı namizədlərinin səsverməsinə start verilib.

Sfera.az oxu.az-a istinadla xəbər verir ki, ötən illərdən fərqli olaraq, bu il ulduzlarımız yalnız bir kateqoriya - "Azərbaycanın ən parlaq ulduzu” nominasiyası üzrə mübarizə aparacaqlar. 

Geniş auditoriyaya təqdim edilən siyahıda olan on məşhur namizəd isə bunlardır: Əməkdar artist Röya Ayxan, müğənnilər Sevda Yahyayeva, Nura Suri, Gülay Zeynalova, Murad Arif, Xəyyam Nisanov, Elçin Cəfərov, Azad Şabanov, aktrisalar Pərvin Abıyeva və Oksana Rəsulova.

Xatırladaq ki, noyabrın 16-da "Altın kelebek”in siması məşhur aktrisa Ebru Şahin paytaxt Bakının qonağı olacaq. Təşkil olunacaq möhtəşəm gecədə ulduz namizədlərin adı açıqlanacaq. Ötən ildən fərqli olaraq, namizədlərin iştirakı ilə konsert proqramı keçirilməyəcək.

Qeyd edək ki, Azərbaycan "Altın Kelebek” mükafatlandırma gecəsində iki dəfə iştirak edib. 2017-ci ildə "Altın kelebek”i Əməkdar artist Röya Ayxan, 2018-ci ildə isə Xalq artisti Aygün Kazımova qazanıb. Onlar hər ikisi "Azərbaycanın ən parlaq ulduzu” nominasiyasında qalib gəliblər.


OXŞAR XƏBƏRLƏR

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.   Belə ki...

SOCAR prezidenti Britaniya rəsmiləri ilə görüşdü

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Ould və Birləşmiş Kırallığın İxrac Maliyyəsi Depa...

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...