“Altı aydı pul üzü görmürəm” – Faiq Ağayev də “ağladı”
13:45 / 30.06.2020
2446
"Sonuncu dəfə yanvar ayında toy idarə etmişəm. Altı aydır ki, pul üzü görmürəm”.
Sfera.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev İTV-də yayımlanan "Fatehin divanı” proqramında qonaq olarkən deyib. Sənətçi karantin dövründə gəlir yerinin olmamasından gileylənib:
"Mənim ürəyim yanır. Təkcə musiqiçilər, müğənnilər deyil, günəmuzd çalışanlar, bizim sferaya bağlı olan insanlar – gül, paltar satışı ilə məşğul olanlar, restoran işçiləri, administratorlar, aşbazlar… Onlar 4 aydır işləmirlər. Mən təbii ki, kənara pul atmışam. İnsan ən qənaətcil halda o pulu bir il xərcləyə bilər, bəs sonra nə olacaq?”