Altay Həsənov: “Hakimlərin qeyri-obyektivliyi gimnastlarımızın yüksək yer tutmasına imkan vermir”

Altay Həsənov: “Hakimlərin qeyri-obyektivliyi gimnastlarımızın yüksək yer tutmasına imkan vermir”

“Komandamız çox gözəl çıxış etdi”.

Bakıda idman tarixində ilk Avropa Oyunları çox gözəl və möhtəşəm keçir. Nəhayət, gimnastika yarışlarının da vaxtı gəldi. Azərbaycanda çox populyar olan bədii gimnastika yarışları bu gün start götürdü.

Sfera.az xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində söz açan Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov deyib:

“İllərdir gimnastika idman növlərində hakimlərin subyektivliyini görürük. Onlar Azərbaycan komandasına münasibətdə qeyri-obyektiv qərarlar çıxarır, qiymətləri çıxışa uyğun vermirlər. Yarışlara həmişə səylə hazırlaşırıq ki, bizə nöqsanlar tutulmasın. Təəssüflər olsun ki, bu gün də qrup komandaların çıxışında bəzi ölkələrə layiq olmadığı qiymətlər verdilər. Ona görə də biz istəyirik ki, belə hallar təkrarlanmasın. Bu qeyri-obyektivliyə son qoyulması üçün Avropa Gimnastika İttifaqına və Beynəlxalq Gimnastika Federasiyasına etirazlarımızı bildirir və məsləhətləşmələr aparırıq”.

AGF-nin vitse-prezidenti qeyd edib ki, Azərbaycan gimnastları yarışa çox yaxşı hazırlaşıblar və azarkeşlər bunu görürlər.

Mütəxəssislər də bu fikirdədir ki, Azərbaycan gimnastlarına həqiqətən çıxışlarına görə qiymət verilmir. Bizim gimnastikanın inkişafı bəzilərinin xoşuna gəlmir və buna mane olmaq istəyirlər. Amma biz öz yolumuzu seçmişik. Azərbaycanda idmanı, gimnastikanı inkişaf etdiririk.

“Komandamız çox gözəl çıxış etdi. Üç-dörd komanda bizdən geridə olmalı idi. Təəssüflər olsun ki, bəzi ölkələrə yenə layiq olmadıqları qiyməti verdilər və nəticədə onlar bizdən qabağa keçdilər. Bu qeyri-obyektivlik artıq bizi yorub. Çünki Azərbaycanın idmanın, xüsusən də gimnastikanın inkişafı naminə etdiklərini heç bir ölkə etmir. Odur ki, yolumuzdan dönməyəcək və mübarizəmizi davam etdirəcəyik”, - deyə A.Həsənov vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...