Almaz Ələsgərli qızlarının boşanmasından danışdı: "Dalbadal ikisi də ayrıldı"

Almaz Ələsgərli qızlarının boşanmasından danışdı:
"Uşaqlarıma görə pis günlərə qalmışam. Hər ana, ata istəyir övladı xoşbəxt olsun. Qızlarım ailə qurdu, amma dalbadal ikisi də ayrıldı. şükürlər olsun ki, indi böyük qızım ailə qurub. İki nəvəm var".

Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar artist Almaz Ələsgərli "Onun sirri" verilişində deyib. Müğənni qızları Mədinə və Əminənin illər əvvəl ailə qurub boşanmasından söz açıb:

"Bu yaxınlarda üçüncü nəvəm də dünyaya gələcək. Həyat davam edir, hər qazanın öz qapağı var. Hamının həyatında bu iş ola bilərdi. Hər şeyə biz hazır olmalıyıq. Elə bilirdim ki, qızlarım ailə quranda yaxşı olacaq. Yaxşı yaşamaları üçün canımı verdim, amma alınmadı. Gedib toyda oxuyanda da elə bilirdim toy üstümə gəlir. Deyirdim, axı niyə? Qızlarımı elə böyütdüm, tərbiyə verdim, hər şey etdim. Niyə onlar ayrıldı?".

A.Ələsgərli ayrıldığı həyat yoldaşının vəfat etdiyini bildirib:

"Onunla ailə qurmağımı valideynlərim istəmirdi. Heç kimə qulaq asmadım. Amma sonra alınmadı. İndi rəhmətə gedib, qızlarım atalarını unutmur. Mədinə xaricdən gələn kimi gedib qəbrini ziyarət edir. Əminə isə hər dəfə yada salır".

Qeyd edək ki, A.Ələsgərlinin iki qız övladı var. Mədinə hazırda İsveçdə yaşayır. O, ailə qurub və iki övladı var.
 
axşam.az/
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanlıların sevimlisi olan məşhur sənətçi intihar etdi - FOTO

Türkiyənin məşhur sənətçisi Zerrin Özerin vəziyyəti pisləşib.   Sfera.az xəbər verir ki, tanınmış müğənni Zerrin Özerin intihara cəhd etdiyi bildirilir. ...

Tanınmış jurnalist ölkənin ən gözəl qızı seçildi – FOTOLAR

Kentukki ştatından olan jurnalist Elle Smit "Miss ABŞ – 2021” müsabiqəsinin qalibi seçilib. O, ölkəsini "Kainat Gözəli – 2021” müsabiqəsində təmsil edəcək. ...

Rihanna Milli Qəhrəman elan edildi - FOTOLAR

Amerikalı müğənni və aktrisa Rihanna doğulduğu yer olan Barbadosun Milli Qəhrəmanı elan edilib.     Sfera.az bildirir ki, ifaçı, respublikanın el...

Tünzalə Ağayevadan qalmaqallı gecə ilə bağlı AÇIQLAMA - VİDEO

Xalq artisti Tünzalə Ağayeva həmkarı Vasif Məhərrəmli ilə yaşanan qalmaqala aydınlıq gətirib.   Sfera.az bildirir ki, ifaçı ötən gün çıxışı zamanı Əmək...

Hadisə ilə sevgilisi ölümdən döndü: Dəhşətli qəzadan sağ çıxdılar - FOTOLAR

Məşhur müğənni Hadisə ilə sevgilisi Mehmet Dinçerler İzmirdə qəza keçirib.   Sfera.az bildirir ki, Çeşmə tətilindən geri dönərkən cütlüyün şəxsi avtomobi...

Oksana ilk dəfə oğlu Osmanın üzünü göstərdi - FOTOLAR

Aparıcı Şəhriyar Əbilov və rəqqasə-aktrisa Oksana Rəsulova 3 yaşlı övladları Osmanla birlikdə fotosessiya etdiriblər. Sfera.az xəbər verir ki, Oksana ağ g...