Almaniyalı modeli zorlayan milli futbolçumuz danışdı

Almaniyalı modeli zorlayan milli futbolçumuz danışdı

Azərbaycan millisinin üzvü Pərdis Fərcad-Azadın almaniyalı model Gina-Liza Lohfinklə seks qalmaqalı bir müddətdi müzakirə mövzusudur. 28 yaşlı futbolçunun onu zorladığını deyən Lohfink məhkəməyə müraciət etmişdi. 4 ildi uzanan məhkəmə prosesi avqustun 8-də yekunlaşacaq.

 


Qarşı tərəf bu barədə mətbuata açıqlamalar versə də, millimizin üzvü heç bir açıqlama verməmişdi. Bu gün isə hücumçu bunları deyib: "Bu barədə danışmaq istəmirəm. Bəli, məhkəmə onu cəzalandırdı. 4 il qabaq olan bir şeydi. Bilmirəm niyə belə oldu? Mən "İnter” kimi kluba keçəndən sonra məsələ ortaya atıldı. Bəlkə kimsə mənim pisliyimi istəyir”.

O, model xanımla videosunun necə yayıldığını da bilmədiyini sözlərinə əlavə edib: "Açığı, bilmirəm. Özüm də pis oldum”.

Milli üzvü həmin hadisənin gündəmə gəlməsindən sonra komanda yoldaşlarının ona bu barədə nəsə deyib-deməməsini də aydınlaşdırdı: "Bizdə belə şeylər danışılmır”.

Qeyd edək ki, Gina-Liza Lohfink 2012-ci ildə məhkəməyə müraciət edərək, Pərdis Fərcad-Azad və Sebastian adlı digər şəxs tərəfindən təcavüzə məruz qaldığını iddia etmişdi. Bir neçə gün öncə isə qarşı tərəfə böhtan atdığı üçün Lohfinki 27 min dollar cərimələyən Berlin məhkəməsi Pərdis Fərcad-Azad və adı zorlamada hallanan Sebastian adlı digər şəxsə isə 1500 dollar cərimə kəsmişdi. Buna səbəb kimi isə onların Lohfinklə seks zamanı video çəkmələri və onu internetdə yaymaları göstərilmişdi.

 



OXŞAR XƏBƏRLƏR

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə GÖRÜŞDÜ

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Dünya Bankının Baş İdarəçi Direktoru Aksel van Trotsenburq və Dünya Bankını...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...

Azərbaycan neftinin qiyməti 89 dollara ÇATDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,31 ABŞ dolları, yaxud 0,4 % artaraq 88,82&nbs...

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...