Almaniyalı jurnalist Azərbaycanın "qara siyahısında"

Almaniyalı jurnalist Azərbaycanın "qara siyahısında"

Azərbaycan XİN Almaniyanın Die Welt qəzetində jurnalist VON Elin Enrenreyx tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edərək, yazılmış məqaləyə münasibət bildirib.

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Oxu.Az-a bildirdiyinə görə, yazıdan göründüyü kimi səfər Gebeko adlanan turizm şirkəti tərəfindən təşkil edilib və maliyyələşdirilib.

"Sifarişlə həyata keçirilən bu səfərdən hər hansı peşəkar və obyektiv jurnalist qənaəti gözləmək qeyri-mümkündür. Media etikasından kənar şəkildə jurnalist Ermənistanın təbliğatının təsiri altında Azərbaycana qarşı törədilmiş işğal, təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimi təşviq edir. Obyektiv media prinsiplərinə xidmət edən jurnalist işğala məruz qalmış Azərbaycanın və haqqında bəhs etdiyi Şuşa və Xankəndi şəhərlərindən qovulmuş azərbaycanlı məcburi köçkünlərin də mövqeyini əks etdirməli idi", - deyə, H. Hacıyev bildirib.

Onun sözlərinə görə, jurnalistin erməni təbliğat maşınının təsiri ilə münaqişəyə dini don geyindirmək cəhdi hər hansı tənqidə dözmür. 

"Münaqişədə siyasi və hüquqi əsaslardan məhrum olan Ermənistan indi də din pərdəsi altında öz işğal və təcavüzünə "bəraət" qazandırmağa çalışır. Hamıya bəllidir ki, münaqişənin səbəbi Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və törətdiyi işğal və təcavüzdür. Azərbaycanın multikulturalizm ənənələri, pravoslav, katolik və yəhudi dini icmalarına göstərilən qayğı, eləcə də qonşu Gürcüstan ilə xalqlarımızın çoxəsrlik dostluğuna əsaslanan strateji tərəfdaşlıq münasibətləri nümunəvi xarakter daşıyır.

Bu jurnalistin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcəkdir. Almaniyadakı səfirliyimiz tərəfindən də Die Welt-in redaksiyasına narazılığımız çatdırılacaq və müvafiq olaraq Gebeko şirkəti tərəfindən ölkəmizin işğal olunmuş ərazilərinə qanunsuz səfərlərin təşkil edilməsi araşdırılacaqdır", - deyə, XİN rəsmisi bəyan edib.


OXŞAR XƏBƏRLƏR

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...