Almaniya polisi Azərbaycan vətəndaşlarını saxlayıb

Almaniya polisi Azərbaycan vətəndaşlarını saxlayıb
Almaniya polisi aralarında azərbaycanlıların da olduğu 19 nəfəri saxlayıb.

Bu barədə Almaniyanın Rostok şəhər Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, ötən gün Rostok şəhər dəmiryolu vağzalında polisin keçirdiyi reyd zamanı 19 əcnəbi saxlanılıb. Onlardan 9-u polisə etibarsız pasport təqdim edib. Dörd nəfərin isə ümumiyyətlə hər hansı bir pasport və şəxsiyyət vəsiqəsi olmadan səyahət etdiyi məlum olub. Beş nəfərin Şengen vizasının vaxtı ötmüş olub, bir nəfər isə, polisə heç bir kimlik məlumatının olmadığı kağız verib.

Polis idarəsindəki ilkin ifadələri zamanı onlar özləri və Almaniyaya gəlmələri ilə bağlı məlumat veriblər. Polis saxlanılan şəxslərin vətəndaşlıq mənsubiyyətini də öyrənib. Onlar Makedoniya, Əfqanıstan, İraq, Suriya, Çili və Azərbaycan vətəndaşları olublar.

Rostok şəhər Federal Məhkəməsi ötən gün keçirdiyi ilkin iclasında "Almaniya Federal Yaşayış” qanununu pozduqlarına görə, onların hər birini 2430 avro məbləğində cərimələyib.

Növbəti məhkəmə iclasında saxlanılan şəxslərin ölkədən deportasiya edilməsi ilə bağlı qərar çıxarılacağı gözlənilir.

Almaniya Federal Daxili İşlər Nazirliyi yaydığı məlumatda bildirilib ki, son aylar sərhədlərinin pozulması ilə ölkəyə daxil olmağa cəhd edən əcnəbilərin sayında artım qeydə alınıb. Federal polis sərhədlərdə nəzarəti gücləndirib. Eyni zamanda əhalinin sıx olduğu dəmiryolu vağzalları, avtobus terminalları və şəhər mərkəzlərində qanunsuz miqrasiyaya qarşı keçirilən reydlərə daha çox polis əməkdaşı cəlb olunub.(Report)

OXŞAR XƏBƏRLƏR

3 gün ərzində... - ƏHALİYƏ XƏBƏRDARLIQ

Aprelin 25-də Yer kürəsini maqnit qasırğası bürüyəcək.    Sfera.az lent.az-a istinadən bildirir ki, qasırğa üç gün davam edəcək və bu ayın ...

ABŞ-də yaşıl tükləri olan it doğuldu

ABŞ-də bir it yaşıl tükləri olan bala dünyaya gətirib.   Sfera.az xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.   Florida ...

Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələrinin sədrləri Qarabağa səfər edəcəklər

Bakıda səfərdə olan Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclasının iştirakçıları aprelin 26-da Qarabağa səfər edəcəklər....

Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya ÇAĞIRIŞ ETDİ

Baş Prokurorluq sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media qurumlarına çağırış edib.   Sfera.az-ın ...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. ...

Bu ölkədə kiberhücumların sayı ARTDI

2023-cü ildə İtaliyada kiberhücumların sayı artıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi hesabat hazırlayıb. &n...