No Image
No Image

Almaniya ölkə üzrə komendant saatı rejiminə hazırlaşır

Almaniya ölkə üzrə komendant saatı rejiminə hazırlaşır
Almaniya COVID-19-la mübarizədə indiyə kimi ən sərt karantin rejimini tətbiq etməyə hazırlaşır.
 
Sfera.az-ın məlumatına görə, yanvarın 19-da Almaniya kansleri Angela Merkel və əyalət baş nazirləri arasında keçiriləcək görüşdə ölkə üzrə komendant saatının tətbiq olunması ilə bağlı qərarın veriləcəyi gözlənilir.

Səbəb isə ilk dəfə İngiltərədəki mutasiyaya uğramış virusun Almaniyada da sürətli bir şəkildə yayılması və ölüm hallarının artmasıdır.

Ölkə üzrə komendant saatı elan olunsa, Almaniyada ictimai nəqliyyatın hərəkət qrafikinə dəyişiklik ediləcək, marketlər və apteklər 3-4 saatlıq iş rejiminə keçəcək, məktəb və uşaq bağçaları bağlanacaq, qida sənayesindən başqa bütün sənaye sahələrində çalışanlar işlərinə bir ay müddətinə fasilə verməli olacaq və ya evdən işləyəcəklər.

Eyni zamanda ölkə üzrə küçəyə çıxma qadağası tətbiq olunacaq.

Buna baxmayaraq, komendant saatının tətbiq olunmasına əyalət baş nazirlərinin çoxu birmənalı fikir bildirməyiblər.

Almaniyada infeksion xəstəlikləri öyrənən Robert Kox İnsitutunun yaydığı məlumata görə, hazırda ölkədə 302 300 aktiv koronavirus xəstəsi var. İndiyə kimi bu xəstəlikdən 46 633 nəfər həyatını itirib, 1 691 700 nəfər isə virusla mübarizədə qalib gəlib.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Türkiyədə bu gün 346 nəfər koronavirusdan öldü

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb. Sfera.az xəbər verir ki, bu gün 346 nəfər koronavirusdan ölüb. Sutkada 322 min 128 CO...

​​​​​​Zelenski Putinə Donbasda görüşməyi təklif etdi

Ukraya Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə Donbasda görüşməyi təklif edib. Sfera.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı...

Avropa Şurasının Baş katibi Qarabağ bəyanatından danışdı

Ölkələrlə dialoqa girmək təşkilatımızın baza prinsiplərindən biridir. Çətin anlarda, xüsusilə də Qarabağ və onun ətrafındakı böhran kimi hallarda ilk olaraq dia...

Putin Xəzər üzrə yeni nümayəndə təyin etdi

Rusiyanın Xəzər dənizi üzrə Yüksək Səviyyəli Beynəlxalq İşçi Qrupdakı nümayəndəsi dəyişib. Sfera.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytı məl...

Sergey Şoyqu: "Qərb sərhədində vəziyyət gərgindir"

"Ukrayna rəhbərliyi Donbasda sabitliyi pozmağa çalışır”. Sfera.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu nazirlikdə keçi...

Qasparyan qalmaqallı səsyazısından danışdı: “Prezidentin çıxışını da yaysınlar...”

Onik Qasparyan Təhlükəsizlik Şurasının 30 sentyabr 2020-ci il tarixli iclasındakı çıxışının tam şəkildə yayımlanmasını tələb edir. Sfera.az-ın məlumatı...