Allergiyası olan şəxslərə peyvənd necə təsir edir? - AÇIQLAMA
01:03 / 18.03.2021
6536
"Allergik reaksiyalardan ehtiyat edən insanlar da vaksinasiyadan keçib”.
Sfera.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov "COVID-19, vaksinasiya və gigiyena” mövzusunda çıxışında deyib.
O bildirib ki, həmin şəxslərdə peyvənd vurulduqdan sonra mənfi nəticə görünməyib: "Bəzən vaksindən əvvəl allergiya əleyhinə dərman içib sonra vaksin vurdurulması deyilir. Amma bunun elmi əsası yoxdur”./APA/