"Allaha əmanət olun" - Ağadadaş Ağayev xəstəxanadan fotosu yaydı

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev bu gün əməmliyyat olunacaq.

Sfera.az xəbər verir ki, müğənni sosial şəbəkədə xəstəxanadan görüntüsünü yayımlayıb.

Əməliyyata girdiyini bildirən müğənni "Rəbbim sizləri qorusun. Xəstələrimizə şəfa, dərdlərimizə dərman olsun. Dualarınız üçün çox minnətdaram. Allaha əmanət olun" deyə, paylaşımında yazıb.

Qeyd edək ki, xərçəngdən əziyyət çəkən Ağayev İstanbulda xəstəxanaya yerləşdirilib. O, bu gün ikinci dəfə ağır əməliyyata girəcək.



OXŞAR XƏBƏRLƏR