“Allah mənə ağıl verib” - Elza Seyidcahan da deputat olmaq istəyir

“Allah mənə ağıl verib” - Elza Seyidcahan da deputat olmaq istəyir

"Deputat olmağa çoxdan qollarımı çırmalayıb, hazıram. Azərbaycanda baş verən bütün siyasi hadisələrə, o cümlədən aprel döyüşlərinə, 20 Yanvar, Xocalı faciəsinə həsr olunmuş şeir və mahnılarım var. Necə deyərlər papağım başımda, külüngüm əlimdə, hər zaman deputat olmağa hazıram”. 

Sfera.az xəbər verir ki, bu sözləri əməkdar artist Elza Seyidcahan musavat.com-a açıqlamasında bildirib: Bu, məni çox sevindirir ki, xalqımız üçün bu qədər maraqlıyam. Hər zaman bu haqda mənə sula verirlər ki, "Elza xanım, deputatlığa namizədliyinizi verəcəksinizmi”, "Niyə həmişə çalışmışam ki, millət vəkili seçilim”. Həmişə hiss edirəm ki, əsl millət vəkili xalqı sevməlidir. 

Əməkdar artist 2020-ci ildə keçiriləcək parlament seçkilərində öz namizədliyini irəli sürəcəyini deyib: "Bundan əvvəl 2015-ci ildə namizədliyimi irəli sürdüm. Bildiyiniz kimi, şüarım belə idi: ”Nə tez, nə gec, tam zamanında gəldim”. Çox xoşbəxtəm ki, bu yolu getdim. Həmin vaxt əksəriyyət mənə bildirdi ki, bəli, Elza xanım bu yola layiqdir. Şükürlər olsun ki, Allah mənə ağıl, məntiq verib, şəxsiyyətim formalaşıb.

Millət vəkili borcludur ki, ölkə rəhbərliyinin xalq üçün etdiyini xalqa çatdırsın, xalqını, millətini sevsin. Mən xalqımı sevirəm və halal zəhmətim, sevgim ilə onları ruhlandırıram.

Mənim müəllimim Arif Məlikov da zamanında millət vəkili olub. Hazırda Zeynəb Xanlarova da parlamentdədir.  İstərdim ki, mən də bir sənətkar kimi deputat seçilim, millətimə, xalqıma layiqincə xidmət edim”.

Xatırladaq ki, bu gün Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının təcili iclasında parlamentdəki çoxluq Milli Məclisin buraxılması ilə bağlı müraciət edib. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR

Sülhməramlılar Azərbaycan ərazilərini niyə vaxtından əvvəl tərk etdi?

Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında yer alan müddətdən daha tez tərk etmələri, şübhəsiz ki, ilk növbədə ...

Britaniya İrana qarşı sanksiyalar siyahısını GENİŞLƏNDİRDİ 

Böyük Britaniya İsrailə hücumlar fonunda İrana qarşı sanksiyalar siyahısını genişləndirib.   Sfera.az TASS-a istinadən xəbər verir ki, 13 İran rəsmis...

Respublika Pediatriya Mərkəzi yaradıldı

Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb müəssisələrində optimallaşdırma işlərinin həyata keçirilməsinin təmin edilməsi ...

️Piyada diqqətsizliyi ağır qəzaya səbəb oldu

Bu gün saat 16:45 radələrində ADY-yə məxsus yük qatarı Hacıqabul stansiyasında hərəkətdə olarkən bir qadın qəfil qatarın qarşısına çıxıb.   Sfera.az ...

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir.   Sfera.az Report-a istinadən xəbər verir ki, ...

Rusiyaya aparıldığı iddia edilən ukraynalı uşaqlar Almaniyadadır? - İDDİA

"Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Almaniyada Rusiyaya aparıldığı hesab edilən 161 uşaq tapıblar".  Sfera.az “Ukrinform&...