“Çalışacam, vaksinasiya olunmayım…” – Siyasətçilər COVİD-19 peyvəndinə güvənirmi?

“Çalışacam, vaksinasiya olunmayım…” – Siyasətçilər COVİD-19 peyvəndinə güvənirmi?

Yaxın aylarda Azərbayanda da COVİD-19-la mübarizə çərçivəsində vaksinasiya prosesinə başlanılacaq. Bunubla bağlı isə ikili fikir formalaşıb: Bir tərəf vaksinasiya tərəfdarı olduğu halda, bunun əleyhinə çıxanlar da kifayət qədərdir.


Maraqlıdır, mövzuyla bağlı Azərbaycanın tanınmış siyasətçiləri nə düşünür?

 

Sfera.az məsələ ilə bağlı bir sıra siyasilərin fikirlərni öyrənib.


"Ehtiyatlı yanaşıram, çalışacam vaksinasiya olmayam”



Bu sözləri ADP sədri Sərdar Cəlaloğlu deyib: "Təbabətdə vaksinasiya ilə bağlı ikili fikir var. Keyfiyyətdən asılı olaraq vaksinin özü ciddi təhlükələr yarada bilər. Avropada vaksinasiyaya gedən tibb bacısı bir gün sonra vəfat etmişdi. Vərəm xəstəliyilə bağlı bəzi hallarda vaksin tətbiqi daha çox insanın xəstələnməsinə gətirib çıxarmışdı.


Bu baxımdan vaksinasiyaya ehtiyatlı yanaşıram. Çalışacam ki, vaksinasiya olmayam. Daha çox özümü qorumağa üstünlük verirəm, nəinki bu cür tibbi vasitələrdən istifadəyə. Uzun müddətdən sonra vaksinin özünün insan orqanizminə hansı təsir göstərəcəyilə bağlı heç bir məlumat yoxdur. İndiki vaksinlər 3-4 aydır ki, istehsal olunub. 6-8 aydan sonra vaksinin insan orqanizmində nələrə səbəb olacağını müəyyən etmək mümkün deyil.

 

Lakin bu fikirlərimi əks təbliğat kimi də qəbul etməyin. Proses könüllü olmalıdır. Həkim olaraq heç kimə vaksinasiyaya gedib getməmək barədə hansısa bir tövsiyə verə bilməyəcəm. Çünki məlumatlar qarışıqdır, keyfiyyətinə də zəmanət verə bilmərəm”.


"Çin istehsallı vaksinin vurulmasını istərdim”



Politoloq Cümşüd Nuriyev Azərbaycanın aldığı vaksinlərin keyfiyyətinə güvəndiyini bildirib:


"Vaksinasiya könüllüdür. Amma düşünürəm ki, 65 yaşdan yuxarı insanların hamısı prosesə cəlb olunmalıdır. Bu mənada yəqin ki, proses başlayanda ondan yararlanacağam. Azərbaycanın aldığı vaksinlərin keyfiyyətilə maraqlanmışam, çox yüksəkdir. Ona görə də vaksinasiyaya getməkdə pis bir şey görmürəm.

Fikrimcə, vaksinasiya sahəsində ən keyfiyyətli dərmana malik ölkə Çindir. Hazırda bu ölkənin 1,4 milyardlıq əhalisi arasında koronavirusa tutulanlar 10-12 nəfərdən çox deyil. Bu sahədə Çin geniş təcrübəyə malikdir. Qərbdən gələn vaksinlərə isə inanmıram”.


"Vacibdir, iştirak edəcəyəm”



AMİP sədri Etibar Məmmədov hesab edir ki, xəstəliyə qarşı imunitet yaratmaq üçün əhalinin böyük hissəsi prosesə cəlb olunmalıdır: "Əks halda bu xəstəliyin qarşısını başqa cür almaq mümkün deyil. Ona görə də vaksinasiya vacibdir. Dəvət edən kimi, prosesdə iştirak edəcəyəm”.

 

 

"Vaksin olunmayanlar xarici səfərlərlə bağlı problemlər yaşaya bilər”


Xarici səfərlər məsələsi ReAL-ın icra katibi Natiq Cəfərlini prosesdə iştiraka məcbur edir: "Azərbaycanda da vaksinasiya yəqin ki, dünyada gedən trendlərə uyğun olacaq. Ölkəmizin prosesə bir qədər gec başlamasının müəyyən pozitiv tərəfi var.

 

Vaksinlərin yoxlanılmasının üçüncü mərhələsi deyilən birdövr var. Ondan sonra vaksinlərlə bağlı son qərarı vermək mümkündür. Belədə prosesə gec başlamaqla xaricdə onun necə keçdiyini müşahidə edə biləcəyik. Ölkəmiz tərəfindən Çin, Avropa və Amerika istehsallı vaksinlərin sifariş edildiyi deyilir.

 

Proses könüllü olmalıdır. Amma bir məsələ var ki, vaksin olunmayanlar xarici səfərlərlə bağlı problemlər yaşaya bilər. Bunu nəzərə alaraq, çox güman ki, prosesdə iştirak edəcəm”.


"Sputnik” vaksininin tərəfdarıyam”



Koronavirusa yoluxmuş ASDP sədri Araz Əlizadə də vaksindən istifadə edəcək: "Mən xəstələnmişəm. Xəstəlikdən sonra bilmirəm, vaksinasiya edirlər, ya yox. Amma prosesdə işrirak fikrim var.Rusiya istehsalı olan "Sputnik” vaksinindən istifadə olunmasına tərəfdaram”.


Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...