“Çalışacağıq biz də meydandan qalib ayrılaq”

“Çalışacağıq biz də meydandan qalib ayrılaq”
Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sabah Xorvatiyanın Zapreşiç şəhərindəki "İvan Lalyak-İliç” stadionunda keçiriləcək Monteneqro ilə oyundan öncə fikirlərini bölüşüb.

Sfera.az xəbər verir ki, "Qarabağ”ın formasını geyinən qolkiper bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

"Emil Balayevlə yaxşı həmkar, dost və qardaş münasibətimiz var. Onunla rəqabət aparmaq çətindir. Xalqımızın qələbə qazandığı vacib günlərdə biz də çalışacağıq meydandan qalib kimi ayrılaq”.

OXŞAR XƏBƏRLƏR