Alimlərdən MARAQLI ARAŞDIRMA - Köklüyə yol açan səbəb açıqlandı

Alimlərdən MARAQLI ARAŞDIRMA - Köklüyə yol açan səbəb açıqlandı
 

Yuxusuz gecələr kaloriyə çevrilir.

Sfera.az xəbər verir ki, Amerika Biokimya və Molekulyar Biologiya Dərnəyi artıq çəki ilə bağlı qeyri-adi araşdırma aparıb. Təcrübədə 15 gənc iştirak edib. Onlar əvvəlcə bir həftə evdə rahat istirahət edib, sonrakı 10 iş günündə beş saatdan çox yatmağa icazə verilməyib.

Araşdırma çərçivəsində iştirakçılara yüksək yağlı qidalar verilib, ancaq yuxusuzluq nəticəsində yeməkdən daha az məmnun olduqlarını hiss ediblər. Yuxu çatışmazlığının metabolizmaya təsirini izləmək üçün iştirakçılar qan analizləri verib. Təhlillər göstərib ki, yuxu çatışmazlığı yeməkdən sonra lipid mübadiləsinə mənfi təsir edir. 10 gündən sonra könüllülər on saat yata bilib. Nəticədə maddələr mübadiləsinin yaxşılaşdığı məlum olub, lakin ilkin səviyyədə bərpa olunmayıb.

Tədqiqat bədənin yuxusuzluğa maddələr mübadiləsinin pozulması və yağlanması ilə reaksiya verdiyini ortaya qoyub. Yuxusuzluq çəkinin artmasına səbəb olur, bu, nəinki aclıq hissini artırır, eyni zamanda kalorinin yandırılma sürətini də yavaşladır. Buradan belə çıxır ki, yuxu rejiminin normal olması köklüyün qarşısını ala bilər.
Yeri gəlmişkən, başqa bir araşdırma yuxusuzluğun insanın qeyri-sağlam qidalanmasına gətirib çıxardığını ortaya qoyub. İsveçrə alimləri isə sübut edib ki, hətta yuxusuz keçirilmiş bir gecə ertəsi gün maddələr mübadiləsini ləngidir. (publika.az)

OXŞAR XƏBƏRLƏR

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.    “Unikal” xəbər verir ki, müğənni “F...

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib.   Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqların...

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az xə...