Alimlər koronavirusu öldürən qoruyucu maska hazırladılar

Alimlər koronavirusu öldürən qoruyucu maska hazırladılar
 Lissabonun Joao Lobo Antunes adına Molekulyar Tibb İnstitunun alimləri koronavirusu neytrallaşdıran "MoxAdTech” adlı qoruyucu maska hazırlayıblar.

Bu barədə İspaniyanın "La Razon” qəzeti yazıb.

Təkrar istifadə edilə bilən maska sukeçirməz bir neçə qatdan ibarətdir. Maskanın unikallığı koronavirusu neytrallaşdırması və öldürməsidir.

"MoxAdTech”in kliniki sınaqlarından keçən bu vasitənin adi maska ilə müqayisədə 99 faiz effektli olduğu bildirilib. Bundan əlavə, maskanı yumaq və təkrar istifadə etmək mümkündür.

OXŞAR XƏBƏRLƏR