Ali məktəblərə qəbul imtahanın ikinci mərhələsi keçiriləcək? - AÇIQLAMA

Ali məktəblərə qəbul imtahanın ikinci mərhələsi keçiriləcək? -  AÇIQLAMA
Dövlət İmtahan Mərkəzi (DİM) bu il ali məktəbə qəbul imtahanının ikinci mərhələsinin keçirilməsinin mümkün olmaya biləcəyini açıqlayıb. DİM bunu koronavirus pandemiyası ilə əlaqədar yarana biləcək sanitar-epidemioloji vəziyyətlə əlaqaləndirib. Yəni ikinci mərhələ keçirilə də bilər, keçirilməyə də.

Bundan əvvəlki illərdə imtahan prosesinin iki mərhələdə keçirilməsinin yüksək nəticə üçün şans olduğunu nəzərə alsaq, prosesin ləğvinin nəticələrə təsir edəcəyi şübhəsi yaranır.

Maraqlıdır, ali məktəbə qəbul imtahanının ikinci mərhələsi ləğv edilərsə, nəticələr necə olacaq?

Məsələ ətrafında Sfera.az-a danışan təhsil eksperti Kamran Əsədov imtahanların ikinci mərhələsinin keçirilməsinin real olmadığını bildirib. K.Əsədov bu prosesin zaman baxımından real olmadığını qeyd edib: 

"Ali məktəbələrə qəbul imtahanının iki dəfə keçirilməsi şagirdlərin daha yaxşı nəticələr əldə etməyinə imkan verir. Nəzərə alsaq ki, iki ildir, pandemiya şəraitində yaşayırıq, bundan dolayı şagirdlər normal tədrislə əhatə olunmayıblar. Bundan başqa ali məktəblərə qəbulla əlaqədar olaraq sınaq imtahanlarının da keçirilməsi imtahan vərdişlərinə mənfi təsir edib. Yəni şagirdlər sualın cavabını bilsələr belə, onu cavab kartına köçürməkdə çətinlik çəkirlər. Hesab edirəm ki, imtahanların ikinci mərhələsinin keçirilməsi yaxşı olar. Lakin imtahanların qrafikinə baxanda bunun real olmadığını görürük. Çünki hazırkı təqvimə əsasən imtahandan sonrakı mərhələlər sentyabradək uzanacaq və ikinci imtahana zaman qalmayacaq". 

Ekspert ikinci mərhələnin ləğvinin abituriyentlərə təsir edəcəyini deyib:

"İmtahanların ikinci mərhələsinin olmaması psixoloji cəhətdən zəif abituriyentlərə təsir edəcək. Əgər imtahanlar may və iyun ayında keçirilsəydi, bu zaman ikinci mərhələnin olması da gözlənilərdi. Bundan əlavə pandemiya da prosesə təsir edə bilər. Bu baxımdan abituriyentlərə tövsiyyə edirəm ki, bütün güclərini imtahanın birinci mərhələsinə sərf etsinlər". 

Əzizə Zeynal
Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...