Ali məktəblərdə təqaüd yerlərinin sayı artırılıb

Ali məktəblərdə təqaüd yerlərinin sayı artırılıb
 

"Ölkə Prezidentinin fevralda imzaladığı sərəncamla qüvvədə olan ali təhsil, peşə ixtisas təhsili və orta ixtisas təhsili müəssisələrində mövcud olan tələbə təqaüdlərinin məbləği artırılıb. Bu artım orta hesabla 20 faiz olub". 


Modern.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin Maliyyə şöbəsinin müdiri Rauf Orucov deyib.


O bildirib ki, təqaüd yerlərinin artımından sonra onun əhatə dairəsi də böyüyüb.


"Belə ki, artım ali təhsil üzrə 46 faiz, orta ixtisas təhsili üzrə də 40 faizdən çoxdur. Peşə təhsili ilə üzrə isə əhatə dairəsi 81 faiz təşkil edir”. 

Rauf Orucov deyib ki, Prezidentin təqaüdlərin artımı ilə bağlı sərəncamı ilə yanaşı, martın 1-dən təqaüd yerlərinin sayı artırılıb.

 "Bununla hazırki 31 faizlik xüsusi çəki 2019-2020-ci tədris ilində 45 faizə çatılb, 2020-2021-ci tədris ilindən sonra isə 50 faizdən az olmayan səviyyədə planlaşdırılır".


Şöbə müdiri bildirib ki, qeyd olunan sərəncamın icrası olaraq hökumətin müvafiq qərarına dəyişiklik olunub. 

"Həmin qərarla əlavə 16 min təqaüd yerlərinin bölüşdürülməsi həyata keçirilib. Həmin bölüşdürülmə təhsil nazirinin müvafiq əmri ilə rəsmiləşdirilib və ali təhsil müəssisələri üzrə müvafiq qaydada bölgü aparılıb".


OXŞAR XƏBƏRLƏR

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.   Belə ki...

SOCAR prezidenti Britaniya rəsmiləri ilə görüşdü

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Ould və Birləşmiş Kırallığın İxrac Maliyyəsi Depa...

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...