Aleksey Navalnı təcridxanadan yoxa çıxıb – Vəkilindən açıqlama
13:22 / 26.02.2021
1105
Aleksey Navalnı "Matrosskaya Tişina” təcridxanasında deyil.
Sfera.az pravda.ru-ya istinadla xəbər verir
ki, Aleksey Navalnının vəkili Vadim Kobzev onunla görüşmək üçün "Matrosskaya
Tişina” istintaq təcridxanasına gələndə müttəhimi orada tapa bilməyib.
"Vəkil Kobzev bu gün SIZO-1 "Matrosskaya
Tişina”da idi. Orada ona Alekseyin müəssisəni tərk etdiyini söyləyiblər. Onun indi
harada olduğunu və sözügedən olayın nə vaxt baş verdiyini bilmirik",- deyə
Aleksey Navalnının Twitter-i məlumat
verir.
Bu arada, Vadim Kobzevin özü açıqlayıb ki ki, görüşün mümkünsüz
olduğunu söyləyənədək üç saat istintaq təcridxanasında gözləməli olub. Bundan
sonra təcridxana əməkdaşları ona Navalnının etap edildiyini bildirsə də, hara
aparıldığını dəqiqləşdirməkdən imtina ediblər.
Qeyd edək ki, az əvvəl Rusiya mətbuatı Aleksey Navalnının böyük ehtimalla Rusiyanın uzaq koloniyalarından birinə aparılacağını bildirmişdi.
Məsələ ictimailəşdikdən sonra isə Navalnının ümumi rejimli
koloniyaya köçürüləcəyi açıqlansa da yeri haqda əlavə informasiya verilməyib.
Tərcümə: Selcan
Sfera.az