No Image
No Image

“Alça ağacı altındakı məzar”: 23 iyul saat 21:30-da İctimai Televiziyada – VİDEO

“Alça ağacı altındakı məzar”: 23 iyul saat 21:30-da İctimai Televiziyada – VİDEO
O, Ağdamın Sarıcalı kənd sakini Xəqani Əliyevdir. 1993-cü il iyulun 23-də ermənilərin Ağdama növbəti hücumundan xəbər tutub, kəndi tərk etməyən valideynlərini müvəqqəti təhlükəsiz əraziyə çıxartmaq üçün evinə yollanan Xəqani Əliyev…

Xəqani iyulun 24-də səhərə yaxın öz avtomobili ilə Ağdama daxil olanda rastlaşdığı hərbçiləri Azərbaycan Milli Ordusunun əsgərləri zənn edir. Bir neçə dəqiqə keçməmiş avtomobili atəşə tutulanda, onunla gələn qayınatası və 7 yaşlı oğlu düşmən gülləsinə qurban gedəndə şəhərinin işğal edildiyinin, sağ qalan kiçik oğlu ilə birlikdə ermənilərə girov düşdüyünün fərqinə varır.

Qayınatasını atəşə tutulduqları yolun kənarında, oğlunu isə doğma həyətində, uşağın çox sevdiyi alça ağacının altında dəfn edir…

İctimai Televiziyanın hazırladığı "Alça ağacının altındakı məzar” sənədli filmində isə 28 il öncə oğlunu öz həyətində torpağa tapşıran gənc ata ahıl yaşlarında doğma yurduna səfər edib, övladının məzarını axtarır.

30 ilə yaxın davam edən işğal zamanı kənddə daş daş üstündə qalmamış, evlər sökülmüş, ağaclar məhv edilmişdir. Belə bir vəziyyətlə qarşılaşan Xəqani doğma həyətini yerini müəyyən edə biləcəkmi? Bütün nişanəsi dağıdılan məzarın izini tapmaq mümkün olacaqmı?

Bu sualların cavabını Ağdamın işğalından 28 il keçdiyi bir tarixdə – iyulun 23-də, saat 21:00-da İctimai Televiziyada efirə gedəcək Vüsalə Məmmədovanın "Alça ağacının altındakı məzar” filmində tapa bilərsiniz.
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Yanğınsöndürənlərimiz Türkiyəyə çatdı

Azərbaycan Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrup Türkiyədə tüğya...

Ölkədə ictimai nəqliyyat iki gün işləməyəcək

Bu gündən avqustun 2-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. Sfera.az xəbər verir ki, Nazirlər Kabineti yanında Ope...

Nadir Şəfiyevin AzTV əməkdaşını şantaj edən oğluna 7 il həbs verildi

"AzTV”nin xanım jurnalistini intim görüntüləri ilə şantaj etməkdə təqsirləndirilən "CBC sport” kanalının sabiq operatoru Yusif Şəfiyevin cinayət işi üzrə məhkəm...

​Elçibəyin oğlunun Bakıda toyudur

Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevin oğlan toyudur. Sfera.az xəbər verir ki, Aytək adlı xanımla ailə həyatı quran Ərturqut...

Azərbaycan güləşçiləri Tokioda məşqlərə başladı - VİDEO

Azərbaycanın sərbəst, yunan-Roma və qadın güləşi üzrə milli komandası Yaponiyanın paytaxtı Tokioda məşqlərə başlayıb. Sfera.az-ın federasiyanın rəsmi sayt...

Daha 1 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi

Qarabağdakı döyüşlər zamanı ölən daha 1 erməni hərbçinin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib. Sfera.az xəbər verir ki, bu barədə "Sputnik Arme...