\"Albert Riji\"nin taclandırdığı \"qanuni oğru\"ya 8 il HƏBS - FOTO

\
Rusiyanın Samara şəhər məhkəməsi "Beso Rustavski” ləqəbli kriminal avtoritet Besik Kvinixidze 8 il azadlıqdan məhrum edib.

Sfera.az xəbər verir ki, o, narkotik və qanunsuz silah saxlamaqda ittiham olunur. 39 yaşlı "Beso Rustavski” 2013-cü ildə "qanuni oğru” Tamas Pipiyanın ad günündə taclandırılıb.

Onun taclandırma mərasimində başlıca fiqur kimi, "Albert Riji” ləqəbli kriminal avtoritet Əli Heydərov çıxış edib.

(lent.az)

OXŞAR XƏBƏRLƏR