“Ala bunun 1000 manatını qoy cibinə” - Həbs olunan icra başçısının müavini ilə şok söhbəti

“Ala bunun 1000 manatını qoy cibinə” - Həbs olunan icra başçısının müavini ilə şok söhbəti
Ağstafa rayon İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyev və müavinləri Ramiz Tatarovla, Lalə Eyyubovanın, həmçinin Yevlaxın keçmiş icra başçısı Qoca Səmədovun həbsi gündəmin əsas müzakirə mövzusudur.

Sfera.az xatırladır ki, məmurların həbsi Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərədindən həyata keçirilib. Onlar rüşvət və korrupsiyada ittiham edilir. DTX bu həbslərlə bağlı videomaterial da yayıb. Görüntülərdən aydın olur ki, Nizaməddin Quliyevin otağına kamera yerləşdirilib. İcra başçısının rüşvət əməliyyatları həmin görüntülərdə əks olunub. Görüntülər müxtəlif vaxtlara aiddir.

Məsələn, 10 dekabr 2019-cu il tarixli görüntüdə Ramiz Tatarovun icra başçısının otağına gələrək ona pul verdiyi əks olunur. Həmin vaxt Ramiz Tatarov icra başçısına deyir:

"Vermirdilər, güclə aldım. Onun da 200-nü nədi o elektrikə verdim”.

Söhbətin konkret kimlərdən getdiyi aydın olmasa da, ehtimal edilir ki, icra başçısına verilən pul büdcə təşkilatlarında işləyənlərdən alınıb.

Yenə həmin günə aid görüntüdə Nizaməddin Quliyevlə Ramiz Tatarov arasında belə bir dialoq əks olunur:

Nizaməddin Quliyev: Onlar neçə nəfərdirlər?

Ramiz Tatarov: Üç nəfər. Biri yaxın durmur.

Nizaməddin Quliyev: Durmur durmasın, çıxardacam onu.

17 dekabr 2019-cu ilə aid görüntüdə isə Ramiz Tatarov yenə Nizaməddin Quliyevə hansısa məbləğdə pul verir və deyir: "Kəndin müsahibidir”.

14 dekabr 2019-cu ilə aid görüntüdə isə Ramiz Tatarov cibindən çıxardığı pulu icra başçısına uzadaraq deyir:

"200 hektar yer var, 2500 manat”.

İcra başçısı isə pulun 1000 manatını Ramiz Tatarova qaytarır: "Ala bunun 1000 manatını qoy cibinə”.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...