Aktyor Operativ Qərargaha müraciət etdi: \"Bunları nəzərə alın!\"

Aktyor Operativ Qərargaha müraciət etdi: \
"Hər şey başadüşüləndir, xəstəlik var və yayılmasının qarşısını almaqda bəzən çətinliklər də olur. Amma yumşalmaya gedilən bəzi sahələr kimi, kinoteatr sahəsinə də nəzər yetirmək olar”.

Sfera.az bildirir ki, bunu aktyor Elcan Rəsulov deyib. O qeyd edib ki, bütün teatr aktyorları vaksin pasportu ilə işə gələ bilərlər:

"Elə kinoteatr işçiləri də həmçinin. Hələ teatr və kino salonuna vaksin pasportu olan tamaşaçılar da girə bilər. Baxmayaraq ki, pasportları var, lap bir sıradan bir də əyləşə bilərlər - stadiondakı kimi. Onsuz da bu "mall"a qədər girib restoranda oturan adam, mağazaya girən adam, kinoteatra da girməyə risk edəcək.

Beləliklə yavaş-yavaş bu sahədə çalışan adamlar da öz işinin başına dönəcəklər. Bu isə minlərlə işçi deməkdir. Bu sahə tək aktyorlardan və aktrisalardan ibarət deyil ki. Adını saymaqla bitməyən saysız iş növləri var”.

Aktyor Operativ Qərargaha da müraciət edib: "Xahiş edirəm ki, bu yazılanları nəzərə alıb, bu sahədə də hansısa yumşalmalara gedilməsi barədə tapşırıqlar verəsiniz”.

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...