Aksiz vergi dərəcələrinə dəyişikliklər edildi

Aksiz vergi dərəcələrinə dəyişikliklər edildi
Nazirlər Kabinetinin 87 və 88 №-li Qərarlarına dair izahat verilib.

Nazirlər Kabinetindən Sfera.az-a bildirilib ki, 2021-ci il 23 fevral tarixdə Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qəbul edilmış və Məcəllənin 164-cü, 188-ci və 190-cı maddələrində dəyişikliklər edilib. Bu dəyişikliklərə əsasən (164-cü maddə) ƏDV-dən azadolmaların müddətinin uzadılması, aksiz vergisindən azadolma (188-ci maddə) və aksizli malların siyahısına və vergi dərəcələrinə dəyişiklik edilməsini əhatə edib.

Vergi Məcəlləsininnin 164-cü maddəsinə 164.1.54-cü maddəsi əlavə edilmiş və qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı 01.01.2021-ci ildən 3 il müddətinə ƏDV-dən azad edilib.

Vergi Məcəlləsininnin 188-ci maddəsinə edilmiş dəyişikliklə idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş,çərçivəyə salınmış və bərkidilmiş almaz 01.01.2021-ci ildən 3 il müddətinə aksiz vergisindən azad edilib.

Vergi Məcəlləsininnin 190-cı maddəsinə edilmiş dəyişikliklə aksizli malların siyahısı genişləndirilib, istehsal məqsədli istisna olmaqla, müxtəlif tütün məhsulların aksiz vergisinin dərəcələri artırılıb.

Bu dəyişikliklərdən irəli gələrək Nazirlər Kabinetinin qərarlarında dəyişikliklər edilməsinə zərurət yaranıb.

Müvafiq uyğunlaşdırmanın aparılması məqsədilə hazırlanmış "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin qərarlarında dəyişikliklər öz əksini tapıb.

Məlum olduğu kimi, iqtisadi mahiyyətinə görə aksizlər bir tərəfdən yüksək rentabelli məhsul istehsalından əldə edilən əlavə mənfəətin bir hissəsinin dövlət büdcəsinə tutulması, digər tərəfdən isə sosial cəhətdən zərərli malların istehlakının məhdudlaşdırılması məqsədilə tətbiq edilir. Bu baxımdan qeyri-infeksion xəstəliklərin əsas risk faktorları olmaqla yanaşı, əhalinin orta ömrünü qısaldan və həyat keyfiyyətini aşağı salan tütün məmulatlarına tətbiq edilən aksiz vergisinin dərəcələrinin artırılması məqsədəuyğun hesab edilib.

OXŞAR XƏBƏRLƏR

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına ÜZV OLDU

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council Inte...

Kloppdan Salahla bağlı AÇIQLAMA: "Son vaxtlar onun..."

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "qırmızılar"ın hücumçusu Məhəmməd Salahın hazırkı vəziyyəti barədə danışıb.   Sfera....

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti MÜZAKİRƏ ETDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mus...

Bu xəbər neft və qızılı BAHALAŞDIRDI

ABŞ mediasında İsrailin İrana qarşı hücum təşkil etdiyi barədə xəbərlərin yayılması birjalarda qızıl və neft qiymətlərinə təsir edib.  Sfera.az xatırl...

"Beşiktaş" Qurban Qurbanovla bağlı xəbəri TƏSDİQLƏDİ: "Qəti qərar..."

"Beşiktaş" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla maraqlandıqlarına dair xəbərlərə münasibət bildirib.   Sfera.az Qol.az-a is...