AK Partiyanın nümayəndə heyəti Gəncədədir

AK Partiyanın nümayəndə heyəti Gəncədədir
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) nümayəndə heyəti Gəncə şəhərinə səfər edib. 

Sfera.az xəbər verir ki, AK Partiya sədrinin birinci müavini Numan Kurtulmuşun başçılıq etdiyi nümayəndə heyəti Gəncədə Vətən müharibəsi dövründə Ermənistanın raket atdığı ərazidə olub.

Qonaqlar Ermənistanın dinc sakinlərə qarşı törətdiyi cinayətin izləri ilə tanış olublar. 

Nümayəndə heyətinə məlumat verilib ki, Ermənistan Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. 

Nümayəndə heyəti erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq əraziyə gül düzüb. 

Qonaqlar İmamzadə Dini Kompleksi və Nizami Gəncəvi Məqbərə Kompleksini də ziyarət edəcəklər. 

OXŞAR XƏBƏRLƏR