Ağıllı insanlar dost seçərkən daha diqqətli olurlar – PSİXOLOJİ BİLİKLƏR

Ağıllı insanlar dost seçərkən daha diqqətli olurlar – PSİXOLOJİ BİLİKLƏR

Özümüz haqqında nələrsə öyrənmək maraqlı və əyləncəlidir. Başqalarına qarşı necə davranışımız, hərəkətlərimiz və özümüzü ifadə etmək formamız arasındakı psixologiyanı öyrənmək isə daha maraqlıdır.

Özünüzü və ətrafınızı daha yaxşı anlamağınızı təmin edəcək bir neçə psixoloji fikri sizin üçün qeyd edirik.

1. 16 və 28 yaş arasında başlayan dostluqlar güclü və uzunmüddətli olur.

2. Ən yaxşı tövsiyyə verənlər ən çox problemləri olanlardır.

3. Bir insan nə qədər ağıllıdırsa, o qədər sürətli düşünür və əlyazmaları da əksərən, pisdir.

4. Duyğularımız ünsiyyətlərimizə təsir etməz. Əksinə, ünsiyyətlərimizin ruh halımız üzərində böyük təsiri vardır.

5. Bir insanın ofisianta qarşı davranışı onun haqqında çox şeyi ifadə edir.

6. Günahkarlıq duyğusu güclü olan insanlar başqalarının duyğu və düşüncələrini daha yaxşı başa düşə bilirlər.

7. Kişilərin yumor qabiliyyəti qadınlardan güclü deyildir. Sadəcə kişilər insanların bəyənib-bəyənmədiyinə fikir vermədikləri üçün daha çox zarafat edirlər.

8. Utancaq insanlar özləri haqqında çox az danışırlar (hurriyyet.org)

9. Qadınların bədənində ağrını hiss edən reseptorlar kişilərdən 2 qat çoxdur. Lakin buna baxmayaraq, qadınların ağrıya dözümlülüyü daha yüksəkdir.

10. Yüksək tezlikli mahnılar dinləmək sizi rahat və xoşbəxt hiss etdirir.

11. Əgər gecə yatarkən davamlı düşüncələrinizdən qurtula bilmirsinizsə, həmin düşüncələri kağıza yazın. Bu, beyninizin rahatlamağına və yuxuya getməyinizə kömək edəcəkdir.

12. "Gecən xeyrə" və "sabahın xeyir" mesajları beynin xoşbəxtlik hormonu ifraz edən hissəsini aktivləşdirir.

13. Qorxuduğunuz şeyləri etmək sizi xoşbəxt edəcəkdir.

14. Hamını məmnun etməyə çalışanlar sonda özlərini ən yalnız hiss edənlərdir.

15. Xoşbəxt olduqca daha az yuxuya ehtiyac duyuruq.

16. Sevdiyiniz insanların əlini tutduğunuz zaman ağrının şiddəti və narahatlıqlarınız azalır.

17. Ağıllı insanlar ortalama insanlardan daha az dostu var. İnsan zəkası inkişaf etdikcə, seçililiyi də artır.

18. Ən yaxın dostunla evlənmək boşanma ehtimalını 70 % azaldır. Bu evliliklərin ömür boyu davam etmə ehtimalı ən yüksəkdir.

19. İki dildə danışan insanlar bir dildən digərinə keçdikdə fərqində olmadan şəxsiyyətləri də dəyişə bilərlər.

20. Uzun müddət tənha qalmaq gün ərzində 15 siqaret çəkmək qədər sağlamlığınıza ziyandır.

21. Səyahət beyinin sağlamlığı üçün faydalıdır. Həmçinin, depressiya və infarkt riskini də azaldır.

22. İki nəfər danışarkən digərinin ayağını başqa tərəfə və ya çölə doğru çevirməsi qarşısındakına qatılmadığını və getmək istədiyini göstərən çox güclü işarədir.

23. İnsanların 87 %-i tezdən oyanmayacağını bildikləri zaman həmin günə daha pozitiv başlayırlar.


OXŞAR XƏBƏRLƏR