Ailələrin aylıq ərzaq xərci 41 manat artıb - STATİSTİKA

Ailələrin aylıq ərzaq xərci 41 manat artıb - STATİSTİKA
Ərzaq məhsullarında yüksək bahalaşma sürəti 2021-ci ildə də müşahidə edilir.

 

 

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin fevralında ərzaq məhsullarının dəyəri ötən ilin fevralı ilə müqayisədə 5,2 faiz yüksəlib. İllik müqayisədə yanvarda bahalaşma 4,6 faiz idi.

 

 

Ərzaq məhsullarında bahalaşma ət və ət məhsulları istisna olmaqla bütün növ mal qurplarında qeydə alınıb. 2021-ci ildə də ərzaq məhsullarından bahalaşma çempionları meyvə və tərəvəzdir. İllik müqayisədə cari ilin fevral ayında tərəvəzlər 10,6 faiz, meyvələr 10,5 faiz bahalaşıb. Yanvarda tərəvəzlərdə bahalaşma 8,1 faiz, meyvələrdə 9,5 faiz idi. Fevralda tərəvəzlərin daha çox bahalaşdığı müşahidə edilib. Yalnız bir ay ərzində tərəvəzlər 5,7 faiz, meyvələr 5,5 faiz bahalaşıb.

 

 

Süd və süd məhsulları bahalaşmada üçüncü sırada qərarlaşıb. Bu növ məhsullar illik müqayisədə 6,5 faiz bahalaşıb. Yanvarda süd və süd məhsullarında qiymət artımı 4,9 faiz olmuşdu.

 

 

Bahalaşma sürətinə görə növbəti yeri qənd, cem, bal, şokolad və konfetlər tutub. Bu qrup malların dəyəri illik müqayisədə fevralda 4,3 faiz, yanvarda 2,7 faiz artıb.

 

 

Fevralda kərə və bitki yağlarının da qiymətində artım sürəti güclənib. İllik müqayisədə ötən ay kərə və bitki yağlarında bahalaşma 4,2 faiz olub. Yanvarda yağlar 2,1 faiz bahalaşmışdı.

 

 

Çörək və çörək məhsullarında bahalaşma tempi də yüksəkdir. İllik müqayisədə fevralda çörək və çörək məhsulları 4,1 faiz dəyər qazanıb.


 

Fevralda mineral sular, sərinləşdirici içkilər və şirələr 3,4 faiz (yanvarda 2,7 faiz), çay, qəhvə və kakao fevralda 1,8 faiz (yanvarda 1,1 faiz) bahalaşıb.

 

 

Bahalaşma hesabına əhalinin ərzaq xərclərində artım müşahidə edilir. 2020-ci ilin yanvar-fevral aylarında ərzağa 2,995 milyard manat xərcləyən əhali bu ilin yanvar-fevralında ərzaq xərclərini 3,205 milyard manata çatdırıb.

 

 

Bahalaşma hesabına pərakəndə ticarətdə ərzaq mallarının xərclənən vəsaitin payı 53,2 faizə yüksəlib.

 

 

Statistika göstərir ki, 2021-ci ilin yanvar-fevral dövrü ərzində ərzağa adambaşına bir ayda 160,6 manat xərclənib. Ötən ilin eyni dövründə adambaşına xərc 150,4 manat idi.

 

 

Müqayisə göstərir ki, əhalinin adambaşına ərzaq xərcləri 10,2 manat, dörd nəfərlik ailənin ərzaq xərcləri isə 40,8 manat artıb.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Çində 31 yaşlı müğənni qocalar evindəki konsertin ortasında dünyasını dəyişib. Tədbir qocalar evinin 90 illiyi münasibətilə təşkil edilib.  Sfera.az b...

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...