“Ailələrdəki əsas problem qadınların kişiləri nəzarətdə saxlamaq istəyidir” - Psixoloq

“Ailələrdəki əsas problem qadınların kişiləri nəzarətdə saxlamaq istəyidir” - Psixoloq
Bütün dövlətlərin həll etməyə çalışdığı əsas problemlərdən biri də gender, ailə və demoqrafiya problemləridir. Sözügedən problemlərin həll edilməsi istiqamətində bir sıra layihələr həyata keçirilib, təbliğat aparılsa da, müsbət nəticə əldə etmək faizi yüksək deyil.

Azərbaycanda ailə inistitu ilə bağlı ürəkaçan mənzərə olsa da, problemli halların da yaşanmasına az rast gəlinmir. Son illər boşanma statistikasındakı artım da bunu düşünməyə əsas verir.
 
Maraqlıdır, sözügedən problemlərin kökündə duran səbəblər hansılardır? Çıxış yolu üçün hansı qabaqlayıcı tədbirlər həyata keçirilə bilər?
 
Mövzu ilə bağlı Sfera.az-a danışan "Dərya” Tədris Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Gülnar Orucova sosial şəbəkələri son illərdə ailə inistitunun dağılmasına əsas səbəb kimi göstərib:


 
"Hazırda ailələrdəki əsas problem qadınların kişiləri həddən artıq nəzarətdə saxlamaq istəyidir. Unutmaq lazım deyil ki, bir insan səni sevmirsə, sənə xəyanət etmək fikri varsa, ona nə qədər nəzarət etsən də, həmin şəxsin öhdəsindən gələ bilməyəcəksən. Əgər kişinin qadına diqqət və sevgisi azalırsa, bunun səbəbini axtarmaq lazımdır. Boşanma mərhələsində əsas rast gəlin səbəb xəyanətdir. İstər xəyanət edən cütlüklər, istərsə də boşanan cütlüklərin problemlərinin əsas səbəbi sosial şəbəkələrdə tanış olduqları insanlardır. İndi sosial şəbəkələr adətən tanışlıq, xəyanət üçün istifadə olunur və əlverişli məkana çevrilib. İnsanlar sosial şəbəkələrdən həyatlarında olan boşluğu doldurmaq üçün istifadə edirlər, bunun da səbəbi partnyorlarımızın realda o boşluğu doldura bilməməsidir. Bu səbəblə biz də başqa insandan sevgi, diqqət istəyirik”.
 
Psixoloq kişilərin daha çox sevgiyə ehtiyacının olduğunu deyib:
 
"Nəzərə almaq lazımdır ki, kişilərin qadınlarrdan daha çox sevgi və qayğıya ehtiyacı var. Kişilər isə bu sevgini ailədə görməyəndə həmin boşluğu başqa qadınla doldurmağa çalışırlar. Qadın evdə həddən artıq dava salıb, mübahisə edəndə üçüncü şəxsin ortaya girməsi an məsələsidir. Elə hal olur ki, kişilər xəyanət etmək üçün yox, ancaq xoş söz eşitmək üçün başqa xanıma yazır, danışırlar. Əgər bu sözü qadın öz həyat yoldaşına desə, kişi də başqasına ehtiyac duymaz.  Boşanma mərhələsinə gəlməmək üçün həyat yoldaşına çox müdaxilə etməməliyik. Bəzən ailədə o qədər münaqişə olur ki, insan sevməkdən də imtina edir”. 
 
Sosioloq Lalə Mehralı demoqrafiyada problemlərlə bağlı medianın aktiv iş görməməsini bildirib. Sosioloq gender balansının pozulması ilə əlaqədar jurnalistlərin aktiv fəaliyyət göstərmədiyini, problemi işıqlandırmadığını qeyd edib:



"Gender bərabərliyi ilə bağlı məsələlərin işıqlandırılmasına gəldikdə isə bu mövzuda araşdırma və yazılara az rast gəlirəm. Son illərin mətbuat arxivini axtarsaq, birinci sinifə başlayan uşaqlar arasında oğlanların, yaxud qızların üstünlük təşkil etməsi ilə bağlı aradşırma yazısına rast gəlməyəcəyik. 15 nəfərlik bağça qrupunda 10 oğlan olursa, 5 nəfər qız olur. Yaxud 30 nəfərlik sinifə 20 oğlan, 10 qız olur. Bu məsələlərin kökündə duran problemlər araşdırılmalıdır”.
 
Sosioloq mediada cinayət və şou xarakterli məlumatların paylaşılmasının insanlara mənfi təsir etdiyini deyib:

"Gündəlik tirajlanan qəzetlərdə, yaxud digər KİV-lərdə daha çox qalmaqallı, şou xarakterli materiallar paylaşılır ki, bu da məni qane etmir. Bu materialların yayımlanması isə oxucularda belə hadisələrə maraq yaradır. Məsələn, insanlar ailə üzvünü öldürmüş şəxs haqqında daha çox oxumaq istəyirlər, nəinki abort nəticəsində pozulmuş balans barədə materialını.
 
Dünən hansısa cinayəti törədən insan bu gün fərqli bir cinayət törədən şəxsin həyat hekayəsi ilə maraqlanır. Ailə modeli kimi cinayət törədən ailələr barədə silsilə materialların yayımlanması doğru deyil. Gənc və xoşbəxt ailələrdən reportajların yayımlanması insanları daha çox pozitivə yükələyər, nəinki qeyd etdiyim cinayət xəbərləri ilə bağlı materiallar. Ailələr barədə material dedikdə cinayət törədən cütlükləri yox, xoşbəxt, bir-birinə dəstək olan cütlükləri nümunə göstərmək lazımdır”.      
 
Əzizə Zeynal
Sfera.az


Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu: Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
 
 
 

 

OXŞAR XƏBƏRLƏR

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...