Aİ göz yaşlarını inanmır və pul hədiyyə etmir

Aİ göz yaşlarını inanmır və pul hədiyyə etmir
Bugünlərdə Avropa İttifaqı Azərbaycandan əlavə Gürcüstan, Ermənistan, Moldova, Ukrayna və (hələ ki) Belarusun da daxil olduğu "Şərq Tərəfdaşlığı” ölkələrinin dəstəklənməsi üzrə ən böyük yardım proqramını elan etdi.

Sfera.az xəbər verir ki, Avropa Komissiyasına təqdim ediləcək layihəyə əsasən, ümumi vəsaitin həcmi təxminən 2,3 milyard avro olacaq. Bu məbləğin altı ölkə arasında qrant, bank zəmanəti və qarışıq maliyyələşdirmə istiqamətində bölgüsü nəzərdə tutulur.

Layihədə qeyd edildiyi kimi, Avropa Komissiyası məqsədəuyğun hesab edərsə, məbləğin bir hissəsi "Dayanıqlı İnkişaf üçün Avropa Fondu plyus” (EFSD+) çərçivəsində ayrılan və ümumi həcmi 5.7 milyard avro olan kreditlər üçün zəmanət kimi istifadə edilə bilər. Aİ hesab edir ki, bu səviyyədə dəstək "Şərq Tərəfdaşlığı” ölkələrinə 17 milyard avroyadək investisiyaları səfərbər etməyə imkan verəcək.

Bu arada, bir çoxlarının qeyd etdiyi kimi, layihə çərçivəsində maliyyə yardımlarının bölgüsü qeyri-bərabər aparılıb. Belə ki, əgər Azərbaycan yaxın beş ildə "avropalılardan” yalnız 140 milyon avro yardım alacaqsa, Ermənistana 1,5, Gürcüstan isə 1,125 milyard avro ayrılacaq.

Belə çıxır ki, Aİ azərbaycanlıların maraqlarını faktiki olaraq görməzdən gəlib, erməni və gürcülərə fəal şəkildə kömək edir?

Bəli, müharibə vaxtı biz çox şeyi anladıq, "yetkinləşdik” və artıq heç bir illüziyaya qapılmırıq. Amma, hətta o zaman belə Avropa İttifaqı bir təsisat olaraq, Fransa kimi ayrı-ayrı üzv ölkələrin qərəzli yanaşmalarına baxmayaraq, ümumilikdə bitərəf mövqe tutdu.

Dərhal qeyd edək ki, Avropanın "daha demokratik Ermənistan və Gürcüstan”ı Azərbaycandan daha çox dəstəkləməsi kimi "demokratik nəzəriyyə” tərəfdarlarının ən sevimli dəlilləri bu halda tətbiq oluna bilməz. Çünki, Qərb tərəfindən sərt sanksiyalarla təqib olunan Aleksandr Lukaşenkonun Belarusiyası da layihə çərçivəsində təxminən 900 milyon avro yardım tələb edə biləcək. Yəni buradakı məsələ qətiyyən "Avropa demokratik dəyərlərinə” uyğunluq məsələsi deyil.

Layihəni yaxından nəzərdən keçirsək, "səxavətli Hans əmi”nin kasıb ölkələrə yağlı cüzdanından pul paylayan sadə obrazı dağılmağa başlayır. Məsələ burasındadır ki, layihədə göstərilən 2,3 milyard avro, Avropa İnvestisiya Bankı, eləcə də Avropa Yenidənqurma və İnkişaf Bankı kimi maliyyə qurumlarına əsaslanaraq, AB-nin kredit və investisiya mexanizmlərindən biri olan Qonşuluq İnvestisiya Proqramı (NIP) vasitəsi ilə cəlb ediləcək. Bu maliyyə qurumları isə, adından da göründüyü kimi, xeyriyyəçi təşkilatlar deyil, banklardır.

Beləliklə də, məlum olur ki, əslində, Avropa İttifaqı tərəfindən Azərbaycana qarşı heç bir ayrı-seçkilik olunmayıb. Avropalılar yalnız indiyədək "Şərq Tərəfdaşlığı” ölkələri üçün NIP xəttilə orta hesabla verilmiş "kredit”lərin standart pay bölgüsünü rəhbər tutublar. Belə olduqda isə Ermənistana ümumi "tort”un 15% -i, Azərbaycan isə 2%-i düşür.

Üstəlik, diplomatik mənbələrdən aldığımız məlumata görə, Avropa tərəfi, Azərbaycanın istəyinə uyğun olaraq, ölkəmizə daha yüksək məbləğdə kredit dəstəyi göstərməyə hazır olduğunu açıq şəkildə bildirib. Ancaq işin əsli budur ki, rəsmi Bakı güzəştli də olsa borc öhdəlikləri götürməməyə çalışır və analoji siyasət xətti artıq xeyli müddətdir ki, izlənilir. Məsələn, iyunun 21-də Azərbaycanın Dünya Bankının koronavirusla mübarizə üçün ayırdığı 95 milyon dollarlıq güzəştli kreditdən imtina etməsi heç kəs üçün sirr deyil. Eyni proses də Aİ layihəsinə münasibətdə müşahidə olunur.

Prezident İlham Əliyevin bu ilin aprelində söylədiyi kimi, Azərbaycanın xarici borcu ÜDM-nin 18%-ni təşkil edir və qarşıda duran vəzifə bu rəqəmin 10%-ə endirilməsidir. Qonşu Ermənistanda isə makroiqtisadi vəziyyət tam əksinədir. Ölkənin maliyyə nazirliyinin məlumatına görə, milli borc artıq "idarəolunmaz” səviyyəyə çatıb. Ermənistanın cari il üçün dövlət büdcəsi əsasında qurulan proqnozlara görə, 31 dekabr 2021-ci il tarixinə dövlət borcu 8,551 milyard dollar təşkil edəcək ki, bu da ölkə ÜDM-sinin 66%-nə bərabərdir.

Bir sözlə, borc və kreditlərini yenidən maliyyələşdirmədən "yaşaya bilməyən” Ermənistanın Aİ-nin güzəştli kreditlərindən istifadə etməkdən başqa çıxış yolu yoxdur. Bu, avropalılar üçün Çinin "Bir kəmər - bir yol” adlı geoiqtisadi təşəbbüsünə qarşı çıxmaq məqsədilə bölgədəki, ən azı bəzi infrastruktur layihələri üzərində nəzarəti ələ keçirmək fürsətidir.
 (Caliber.Az )

OXŞAR XƏBƏRLƏR

Erməni lobbisindən daha bir “SANKSİYA OYUNU”: “Təşəbbüsü irəli sürən şəxs...” 

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı üzvü, ölkədəki erməni lobbisinin fəal iştirakçısı Dina Titusun Azərbaycana qarşı sanksiya layihəsi ilə çıxış etdiyi b...

Deputata AĞIR İTKİ - FOTO

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanova ağır itki üz verib.   Sfer...

Bəzi rayonlara yağış yağdı - FAKTİKİ HAVA

Aprelin 24-ü saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək ça...

Beynəlxalq zəng mərkəzinin fəaliyyəti ləğv edildi: Milyonlarla zərər vurublar

Hüquq-mühafizə orqanlarının əməkdaşları Odessada özlərini Çexiya Mərkəzi Bankının əməkdaşları kimi təqdim edərək əcnəbiləri aldadan zəng mərkəzinin fəaliyyətini...

Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək - FOTOLAR

Rabitəbank elm, təhsil və maariflənmənin inkişafına dəstək məqsədilə 23 Aprel - Ümumdünya Kitab Günü ilə əlaqədar növbəti uğurlu layihəsini həyata keçirib. Belə...

Sadır Japarov Azərbaycana dövlət səfərinə YOLLANDI

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə yollanıb.   Sfera.az Qırğızıstan KİV-lərə istinadən xəbər verir ki, bu barədə Q...