Aİ Azərbaycan-Ermənistan sərhədində baş verənlər barədə: \"Yeni itkilər qeydə alınmadan...\"

Aİ Azərbaycan-Ermənistan sərhədində baş verənlər barədə: \
Avropa İttifaqı (Aİ) Azərbaycan Ermənistan dövlət sərhədində baş verənlərdən narahatlığını ifadə edib.
 
Sfera.az-ın xəbərinə görə, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar "Twitter"də bildirib.

"Azərbaycan-Ermənistan dövlət sərhədində dərin narahatlıq yaradan hadisələr davam edir. Biz yeni itkilər qeydə alınmadan təmkinə, qüvvələrin ayrılmasına və sərhəd məsələləri ilə bağlı konstruktiv dialoqa çağırışımızı təkrarlayırıq. Avropa İttifaqı tərəflərə kömək etməyə hazırdır", - deyə Aİ rəsmisi vurğulayıb.


OXŞAR XƏBƏRLƏR