\"Ağzınızı bağlayın\" - Günel Zeynalovadan tənqidlərə cavab

\
Müğənni Günel Zeynalova yenə görünüşü ilə bağlı açıqlama verib.

Sfera.az xəbər verir ki, ifaçı sosial şəbəkə hesabında izləyicilərinin suallarını cavablandırıb. O bildirib ki, üzündə edilən proseslər yalnız burun əməliyyatı, alnına vurulan botoksdan ibarətdir:

"Bir də dodağımda gel var. Mənə belə xoşdur. Halımdan məmnunam, sağlamam, məni belə sevin. Hazırda 48 kiloqram çəkim var”.

Zeynalova həmçinin necə formada qaldığı ilə bağlı gələn sualları da cavabsız qoymayıb. "Hansı pəhrizi saxladığımı soruşurlar. Ağzınızı bağlayın, duz, şəkər və çörəyi həyatınızdan çıxarın. Mən şokolad yeyib zəifləyənlərdənəm. Amma orqanizmim bu cürdür”, - deyə ifaçı qeyd edib.
 
Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR