YAP gənclərinin sədri Seymur Orucovun müavininin qardaşı narkotiklə tutuldu

YAP gənclərinin sədri Seymur Orucovun müavininin qardaşı narkotiklə tutuldu
 Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Aydın Hacıyevin qardaşı Babək Hacıyev narkotik maddə olan heroinlə saxlanılıb.

Sfera.az report-a istinadən xəbər verir ki, 1968-ci il təvəllüdlü Babək Hacıyev polisin bu gün keçirdiyi əməliyyat zamanı külli miqdarda narkotik maddə ilə saxlanılıb.

Qeyd edilir ki, onun üzərinə baxış keçirilən zaman 4 qram heroin aşkarlanıb. Məlumata görə, icra başçısı müavininin qardaşının avtomobilində də külli miqdarda narkotik maddə aşkarlanıb.

Faktla bağlı araşdırmalar aparılır.  

Qeyd edək ki, iyunun 23-də Ağstafada rayonun Mədəniyyət Evinin direktoru Vaqif Rafiq oğlu Mehdiyevə məxsus narkotik plantasiyası aşkarlanıb.

OXŞAR XƏBƏRLƏR