Ağstafada şəhidin son arzusu yerinə yetirilib – FOTO

Ağstafada şəhidin son arzusu yerinə yetirilib – FOTO
44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Rüfət Məmmədlinin son arzusu yerinə yetirilib.

Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, şəhidin doğulub boya-başa çatdığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində xatirəsi əbədiləşdirilib.

Belə ki, bu gün Rüfət Məmmədlinin istəyi ilə qəsəbə sakinləri tərəfindən inşa edilən "Şəhidlər bulağı” istifadəyə verilib. Tədbirdə rayon hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhidin ailə üzvləri, yaxınları, qəsəbə sakinləri və rayon ictimaiyyət nümayəndələri iştirak edib.
 
Mərasimdə çıxış edənlər Birinci və İkinci Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarımızın, gizir Rüfət Məmmədlinin şücaəti və keçdiyi döyüş yolundan danışıblar. Daha sonra şəhidlərin ruhuna dualar oxunub, əziz xatirələri böyük ehtiramla yad edilib.

Qeyd edək ki, 89 ermənini məhv edən Rüfət Məmmədli yaralı olan zaman xalası oğluna mesaj yazaraq son arzusunu çatdırmışdı. O, "şəhid olsam kəndin girəcəyində adıma bir bulaq düzəldərsiz, amma suyu daim gəlsin” qeyd etmişdi.

Xatırladaq ki, Məmmədli Rüfət Vidadi oğlu 1993-cü il noyabrın 23-də Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyaya gəlib. 2012-2013-cü illərdə N saylı hərbi hissədə hərbi xidmətdə olub. Kəşfiyyatçı snayper olan Rüfət Məmmədli 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin iyun ayında Tovuz döyüşlərində də iştirak edib.

Sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayan zaman isə o, könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrə yazılıb. Qorxmaz və igid döyüşçü olan Məmmədli bir neçə rayonumuzun işğaldan azad olunması uğurunda gedən döyüşlərdə qəhrəmalıqlar göstərib. Şuşanın azadlığı uğurunda gedən döyüşdə - noyabrın 8-də şəhidlik zirvəsinə ucalıb. Noyabrın 12-də Saloğlu qəsəbə qəbiristanlığında dəfn olunub.

Rüfət Məmmədlinin 2 azyaşlı övladı var.

Döyüş yoldaşları tərəfindən igidliyinə, qəhrəmanlığına görə Rüfətə "Əjdaha” ləqəbi verilib.

Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, Rüfət Məmmədli ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Kəlbəcərin azad olunmasına görə” və "Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...