Ağstafa sakinini qatar vurdu
20:08 / 29.09.2021
1059
Ağstafada yerli sakini qatar vurub.
Sfera.az-ın məlumatına görə, hadisə Poylu ərazisində qeydə alınıb.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Hadisənin təfərrüatları hələ ki məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.