“Ağlama evi” açıldı: 3 gün pulsuz işləyəcək
10:50 / 18.10.2021
665
İspaniyanın paytaxtı Madriddə özəl bir klinika tərəfindən
psixi sağlamlığın əhəmiyyətini vurğulamaq və psixoloqa getmək fenomenini
normallaşdırmaq məqsədilə "Ağlama
evi”(La Lloreria) açılıb.
Sfera.az xəbər verir ki, məkan 3 gün boyunca pulsuz ziyarət edilə biləcək.
Solğun rəngli işıqlarla bəzədilmiş Ağlama evinin divarlarında "İçəri gir və ağla", "Mənim də narahatlığım var", "Pis olmaq da yaxşıdır", "Ağlayan cəsurdur " kimi motivasiyaedici ifadələrə yer verilib, həmçinin psixoloqların telefon nömrələri qeyd olunub.
Klinika tərəfindən verilən açıqlamada, 3 gün pulsuz fəaliyyət göstərən "Ağlama evi”ndə hər kəs üçün pulsuz 60 dəqiqəlik onlayn psixoloji dəstəyin də mövcud olduğu qeyd olunub.
Qeyd edək ki, 2019-cu ildə İspaniyada 3 671 nəfər intihar edib. Rəsmi məlumatlara əsasən, ölkədə hər 10 gəncdən birinin ruhi sağlamlıq problemi var.
Əzizə Zeynal
Sfera.az