Agentlik əməkdaşı seriala çəkiləcəyi vədi ilə aldatdığı aktrisaya təcavüz edib - 20 ilə yaxın həbsi istənilir

Agentlik əməkdaşı seriala çəkiləcəyi vədi ilə aldatdığı aktrisaya təcavüz edib - 20 ilə yaxın həbsi istənilir
Serialda rol almaq üçün agentliklə anlaşan aktrisa namizədi qurumun direktorunun evində təcavüzə uğrayıb.
 
Sfera.az bildirir ki,hadisə Türkiyədə baş verib. 
 
Belə ki, Fetanet Ö. adlı aktrisa "Netflix"də yayımlanan "Aşk 101” serialında iştirak etmək üçün müraciət edib.  Gənc qadın agentliyin aktyorlarla işinə baxan direktor İbrahim Y. ilə görüşüb.  Həmin şəxs qadına serialın hovuz səhnəsi üçün bikinili bir rolda oynayacağını deyib. Bundan sonra Fetanet Ö. çəkiliş yerinə getsə də, gecikdiyinə görə kadra daxil ola bilməyib. 

Agentliyin əməkdaşı İbrahim Y. aktrisaya başqa serialda iştirak etmək sözü verib və buna görə görüşüblər. Qadının sözlərinə görə, evdə birlikdə içki içdikdən sonra təcavüzə uğrayıb. O, dostlarını köməyə çağırıb.

Ardınca gənc qadın təcavüz edən şəxsi məhkəməyə verib və onun geyimindəki sperma nümunələri İbrahim Y. ilə uyğunlaşıb. Nəticədə İbrahim Y.-nin 19 il 5 ay həbsi tələb edilib.

Türkan 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Petr Fiala ilə görüşüb.   Sfera.az xəbər veri...

Prezident: "Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərdi"

Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərdi.   Sfera.az xəbər verir ki, bu sözləri...

Ərdoğan: "Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın düzgün yol seçəcəyi və regionda yeni dövrün başlayacağına ümid etdiyini bildirib.   Sfera.az xəb...

Ceyhun Bayramov çexiyalı həmkarı ilə birgə mətbuat konfransında ÇIXIŞ ETDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çexiyalı həmkarı Yan Lipavski (Jan Lipavsky) ilə birgə mətbuat konfransında çıxış edib.   Sfera.az x...

Çin Rusiyaya maşın və avadanlıq ixracını azaldır – SƏBƏB

2024-cü ilin martında Çin Rusiyaya maşın, avadanlıq (o cümlədən elektrik avadanlığı), mexanizmlər, onların hissələri və aksesuarlarının birbaşa tədarükünü ...

Dövlət başçısı: "İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik"

İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından biz həqiqətən istərdik ki, COP29 uğurla keçsin. Eyni zamanda, bu, bizim fikirlərimizi söyləmək üçün fürsət o...