Agentlik əməkdaşı seriala çəkiləcəyi vədi ilə aldatdığı aktrisaya təcavüz edib - 20 ilə yaxın həbsi istənilir
15:11 / 05.05.2021
4066
Serialda rol almaq üçün agentliklə anlaşan aktrisa namizədi qurumun direktorunun evində təcavüzə uğrayıb.
Sfera.az bildirir ki,hadisə Türkiyədə baş verib.
Belə ki, Fetanet Ö. adlı aktrisa "Netflix"də yayımlanan "Aşk 101” serialında iştirak etmək üçün müraciət edib. Gənc qadın agentliyin aktyorlarla işinə baxan direktor İbrahim Y. ilə görüşüb. Həmin şəxs qadına serialın hovuz səhnəsi üçün bikinili bir rolda oynayacağını deyib. Bundan sonra Fetanet Ö. çəkiliş yerinə getsə də, gecikdiyinə görə kadra daxil ola bilməyib.
Agentliyin əməkdaşı İbrahim Y. aktrisaya başqa serialda iştirak etmək sözü verib və buna görə görüşüblər. Qadının sözlərinə görə, evdə birlikdə içki içdikdən sonra təcavüzə uğrayıb. O, dostlarını köməyə çağırıb.
Ardınca gənc qadın təcavüz edən şəxsi məhkəməyə verib və onun geyimindəki sperma nümunələri İbrahim Y. ilə uyğunlaşıb. Nəticədə İbrahim Y.-nin 19 il 5 ay həbsi tələb edilib.
Türkan
Sfera.az