Ağdaşda ev yanıb
21:35 / 21.03.2021
2089
Ağdaş rayonunun Qəribli kəndində ümumi sahəsi 165 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin 2 otağının yanar konstruksiyaları 67 m² sahədə və dam örtüyü 88 m² sahədə yanıb.
Sfera.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.