Ağdamın Şelli kəndində Azərbaycan bayrağı ucaldılıb
10:12 / 22.11.2020
1840
Azərbaycan Ordusunun bölmələri Ağdam rayonunun Şelli kəndində üçrəngli dövlət bayrağımızı ucaldıblar.
Bu barədə Sfera.az AZƏRTAC-a istinadən xəbər verir.
İşğalçı Ermənistan silahlı qüvvələrinin əvvəllər yerləşdiyi hərbi hissənin ərazisi mina və digər partlayıcılardan təmizlənib.
Sonra hərbçilərimiz sıra düzülüşündə Dövlət Himnini ifa edib və Azərbaycan bayrağını ucaldıblar.