Ağdamın peykdən görüntüsü - FOTO

Ağdamın peykdən görüntüsü - FOTO
27 ildən sonra Ağdam rayonunun Ermənistan tərəfindən işğalına son qoyuldu.

"Azərkosmos” ASC-dən Sfera.az-a bildirilib ki, Azərbaycanın qədim, füsunkar gözəlliyi olan Ağdam şəhərinin işğaldan azad olunduqdan sonra "Azersky” peyki ilə çəkilmiş təsviri təqdim edilib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi-diplomatik məharəti və ordumuzun hərbi gücü sayəsində Ağdam rayonu özünün əsl sahibinə – Vətənimizə qayıtdı.

Ermənistanın Ağdam rayonunun ərazisində istər infrastruktur, istərsə də ekologiya ilə qəddarcasına rəftarı bir daha erməni vandalizmini əyani şəkildə sübut edir.

İşğal dövrü ərzində Ağdam rayonundakı "Cümə məscidi”, "Şahbulaq qala kompleksi”, türbələr, "Çörək muzeyi” və digər unikal eksponatlar ermənilər tərəfindən dağıdılıb, Ağdam şəhəri yerlə-yeksan olunub.

Ağdam rayonunun landşaftı, kommunikasiya şəbəkəsi erməni barbarlığının qurbanına çevrilib, rayonun turizm infrastrukturu da tamamilə məhv edilib.

Bu gündən etibarən isə artıq Ağdam azaddır!

Biz qalib gəldik! Ağdam Azərbaycandır! Qarabağ Azərbaycandır!
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...

Hikmət Hacıye: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"

ADA Universitetində təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının bağlanış mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, ...

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluğun Təşkilat və İ...