Ağdamda gənc qadın özünü asdı
23:30 / 22.03.2021
3379
Ağdam sakini intihar edib.
Sfera.az Qafqazinfo-ya istinadla xəbər verir ki, rayonun Orta Qərvənd kənd sakini Rəqsanə Vəliyeva yaşadığı evdə özünü asaraq intihar edib.
İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil.
32 yaşlı R.Vəliyevanın meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə aparılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.