Ağdamda bütöv bir qəsəbə karantinə alınıb? – TƏBİB-dən AÇIQLAMA

Ağdamda bütöv bir qəsəbə karantinə alınıb? – TƏBİB-dən AÇIQLAMA
 Ağdamda məcburi köçkün qəsəbəsi karantinə alınıb.

Sfera.az xəbər verir ki, rayonun "Dörd yol – 2” qəsəbəsinə giriş-çıxışın məhdudlaşdırılması ilə bağlı məlumatlar yayılıb.

İlkin informasiyalara görə, qəsəbənin karantinə alınmasına səbəb orada müvəqqəti məskunlaşan məcburi köçkünlər arasında koronavirusa yoluxmanın aşkarlanmasıdır. 

Koronavirusa yoluxan qəsəbə sakinlərinin aidiyyəti üzrə xəstəxanaya yerləşdirildiyi, rayon polis şöbəsinin əməkdaşlarının isə ərazidə postlar quraraq qəsəbədə ciddi karantin rejimi tətbiq etdikləri iddia edilir.

Məsələ ilə bağlı TƏBİB-in mətbuat xidmətinin rəhbəti Rəvanə Əliyeva oxu.az-a açıqlamasında bildirib ki, bu barədə dəqiq məlumatlar yalnız Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir:

"Müvafiq olaraq həftənin cümə günləri Operativ Qərargahın brifinqləri keçirilir və ölkədə koronavirus pandemiyası ilə bağlı son vəziyyət müzakirə olunur. Bu istiqamətdə olan məlumatlar da məhz orada səsləndirilir. Amma bütün hallarda əgər yoluxma haqqında xəbər varsa, deməli doğru ola bilər. Biz bu dəqiqə üçün bu məlumatı tam təsdiq edə bilmərik. Operativ Qərargah tərəfindən yoluxma sayına görə ehtiyac olduğu təqdirdə rayon və kəndlərin adları açıqlanacaqdır. 

Amma ola bilər ki, yoluxma faktı ilə bağlı qəsəbə karantinə alınsın. Lakin bu, o demək deyil ki, bütün kənd və ya qəsəbə karantinə alınıb. Bu proses vətəndaşların təsvir etdiyi şəkildə aparılmır. Ola bilər ki, üç, beş, 15 yoluxma faktı aşkarlansın. Bu zaman yalnız o şəxslərin yaxın təmasda olduğu digər şəxslər müəyyənləşdirilir və onlardan test nümunələri götürülür. Test nümunələrinin cavabları açıqlanana qədər isə həmin şəxslərə ev izolyasiyası tətbiq edilir".

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluğun Təşkilat və İ...

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, onun barəs...

Bakıda 22 yaşlı qız qətlə YETİRİLDİ

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı ...

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı

  “Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları bar...

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...