Ağdam sakini: Yurdumuza qovuşduğumuz üçün sevinirik
22:37 / 26.09.2021
1381
Mən 28 il bundan əvvəl Ağdamdan çıxanda bura gözəl, inkişaf etmiş bir şəhər idi. İndi gördüklərimdən dəhşətə gəldim. Sanki burdan hər hansı bir vəhşi qəbilə keçib. Heç atom bombası atılan yer də belə olmaz.
Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri bölgə müxbirinə açıqlamasında Ağdam şəhər sakini Rafiq Aslanov deyib.
R.Aslanov Ağdamla bağlı gözəl xatirələrinin olduğunu, doğma şəhərini bir gün belə unutmadığını, hər gün xəyalında, yuxularında buranı gəlib gəzdiyini bildirib: "Ağdamda tikinti idarəsində işləyirdim. Evimiz Əşrəf Əliyev küçəsində beşmərtəbəli binada idi. Ömrümün ən xoş günləri doğma şəhərimda keçib. İndi bu şəhərdən də, evimizdən də əsər-əlamət yoxdur. Evimizin bir daşı belə qalmayıb. Ancaq buna üzülmürəm. Əsas odur ki, torpağımız azad edilib. Yurdumuza qovuşduğumuz üçün sevinirik, qürur hissi keçiririk. Bu sevinci, bu qüruru bizə bəxş edən Prezidentimizə, ordumuza təşəkkürümü bildirirəm”.