Ağciyər Xəstəlikləri İnstitutunda daha bir xəstə ölüb - RƏSMİ

Ağciyər Xəstəlikləri İnstitutunda daha bir xəstə ölüb - RƏSMİ
 

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha bir xəstə ölüb.

Bu barədəAPA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 1949-cu il təvəllüdlü xəstə ETACXİ-na 06.03.2020-ci il tarixində saat 22.45-də Göyçay RMX-nın göndərişi əsasında ağır vəziyyətdə daxil olub və "Sol ağciyərin infiltrativ vərəmi, iki tərəfli plevral reaksiya ilə (sağda sinus, solda VI qabırğa səviyyəsi)” diaqnozu ilə I Ağciyər vərəmi şöbəsinə yerləşdirilib, müalicə təyin edilib.

 

Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, 10.03.2020-ci il tarixində saat 19.00-da xəstədə bioloji ölüm qeyd olunub. Ölümün səbəbi "Ağciyər arteriyasının tromboemboliyası. Xroniki ağciyər ürəyi. Sol ağciyərin infiltrativ vərəmi, dağılma mərhələsində (kazeoz pnevmoniya). Ekssudativ plevritlə fəsadlaşma”dır.

Qeyd edək ki, dünən həmin xəstəxanada daha iki xəstə ölmüşdü.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...