\"AGBank\" Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı
14:45 / 23.03.2020
2742
"AGBank" korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat məbləğində vəsait köçürüb. "AGBank"ın Müşahidə şurasının sədri Çingiz Əsədulla da bu yardım zəncirinə qoşularaq 100.000 manat məbləğində vəsait ayırıb.
Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli fərmanı ilə yaradılıb.